BolgeXeber.Com » Gündəm » Sahibkardan 5000 manat istədilər, vermədi, obyektini sökdülər-MASALLIDA(VİDEO)

Sahibkardan 5000 manat istədilər, vermədi, obyektini sökdülər-MASALLIDA(VİDEO)

8-12-2015, 19:11
Oxunub: 4 190 Sahibkardan 5000 manat istədilər, vermədi, obyektini sökdülər-MASALLIDA(VİDEO)Gülsarə Abbasova: “Rafil Hüseynovla Nadir Abıyev mənə dedilər ki, narahat olmayım, çünki yenisini tikib verəcəklər, sonra da aldatdılar”

Masallıda Gülsarə Abbasovanın iaşə obyekti rayon İcra Hakimiyyətinin rəsmilərinin təlimatı əsasında, qanunsuz olaraq sökülüb. BTV-yə danışan Gülsarə xanımın sözlərinə görə,obyektinin sökülməsinə razılıq verməyib. Lakin icra başçısı Rafil Hüseynov və onun 1-ci müavini Nadir Abıyev bildirib ki, narahatçılığa heç bir əsas yoxdur. Bunu belə əsaslandırıblar ki, obyekt sökülsə də, yerinə yenisi tikilib, təhvil veriləcək. Lakin verilən vədə əməl edən olmayıb. Şikayətçi BTV-yə bildirib ki, söküntüdən əvvəl onunla bazarlıq etmək istəyiblər.Xatırladaq ki, Masallı rayonunda yerli iş adamlarının başına belə oyunlar mütəmadi olaraq açılır. Məsələn, hələ bir neçə il əvvəl Ərkivan yolunun üzərində yerləşən təndirxnalar və sexlərin sahiblərinə “yolu genişləndiririk” bəhanəsi ilə “xox” gəlmişdilər.
Bolgexeber.com