BolgeXeber.Com » Gündəm » Sabunçuda direktor əvəzi əməkdar məşqçi olan müəllimi işdən çıxartdı-VİDEO

Sabunçuda direktor əvəzi əməkdar məşqçi olan müəllimi işdən çıxartdı-VİDEO

9-12-2015, 15:37
Oxunub: 4 011 Sabunçuda direktor əvəzi əməkdar məşqçi olan müəllimi işdən çıxartdı-VİDEOMüşfiq Əliyev deyir ki, “Səfərovun B.Ş.T.İ darəsində şöbə müdiri və kurator olan qudası Alı,qohumu Camal adlı şəxslər məhləmələrə müdaxilə edirlər,bəzi vasitələrlə məhkəmələri ağı qara yazmağa məcbur edirlər

Hər zaman paytaxtda və bölgələrdən gələn şikayət və problemləri işıqlandıran BTV-yə bu dəfə əməkdar məşqçi,respublika dərəcəli hakim Müşfiq Əliyev müraciət edib. 21 il müəllimlik fəaliyyətinin 8 ilini Sabunçu rayonu 22 saylı orta məktəbdə idman müəllimi kimi çalışan Müşfiq bəy adıçəkilən məktəbin direktoru Cavad Səfərovun ona qarşı qərəzli münasibətindən söz açıb. Onun sözlərinə görə Cavad Səfərov saxta əmrlər, əsassız ərizələr və donoslar toplayaraq hüquq mühafizə orqanlarına təqdim edib. Bütün bunların hamısına rədd qərarları veriləndən sonra nəhayət sözü qurtaran Cavad Səfərov saxta əmrlərlə əvvəlcə Əliyevi dərnək rəhbəri vəzifəsindən, daha sonra saxta töhmətlərlə işdən çıxarıb. Müşfiq Əliyev hazırda 4 ayrı- ayrı iddialarla məhkəməyə ərizələr verib. Müşfiq Əliyev deyir ki, “Səfərovun B.Ş.T.İ darəsində şöbə müdiri və kurator olan qudası Alı,qohumu Camal adlı şəxslər məhləmələrə müdaxilə edirlər,bəzi vasitələrlə məhkəmələri ağı qara yazmağa məcbur edirlər.22 May 2015 -ci il tarixdə Sabunçu rayon məhkəməsinin qərardadı ilə mənim yenidən işə qayıtmağımı həzm edə bilməyən C.Səfərov.əleyhimə məktəbdə aksiya keçirib”
Şikayətçi sonda onu da əlavə etdi ki, “C.Səfərov direktor kimi özünə şərait yaratmaq üçün onu bir savadlı ,tələbkar,hər işdə qanun, haqq-ədalət tələb edən inancıl müəllim kimi kənarlaşdırib. Hazırda şikayətçi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə vətəndaşlıqdan imtina xarici dövlətlərin Azərbaycanda olan səfirliklərinə işləmək və yaşayış üçün mraciət edib.
Bolgexeber.com