Daha bir nazirlik əməkdaşı rüşvətə görə tutuldu
13-04-2012, 11:30
Oxunub: 5 354
Balakən rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini rüşvət alarkən cinayət başında tutulub.
Bolgexeber.com-un Baş Prokurorluğun saytına istinadən verdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Balakən rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini Əliyev Əfqan Tahir oğlunun qanunsuz hərəkətləri barədə Balakən rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb. Müəyyən edilib ki, Əfqan Əliyev ünvanlı dövlət sosial yardımı ayrılması barədə müraciət edən Balakən rayon sakinin adına yardımın təyini və ödənilməsi üçün ondan 400 manat rüşvət tələb edib. Bundan sonra o, həmin puldan 200 manatını almaqla, cinayət əməlini davam etdirərək 10 aprel 2012-ci il tarixdə tələb etdiyi məbləğin verilməmiş qalan 200 manatını xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Ə.Əliyevin xidməti otağına baxış keçirilərkən otaqdan iş üçün əhəmiyyət kəsb edən plastik kartların uçotu jurnalı və digər sənədlər aşkar edilərək götürülüb.
Törətdiyi cinayət əməlinə görə Əfqan Əliyev barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Ə.Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər