BolgeXeber.Com » Gündəm » İmişli MERO-sunda nələr baş verir?-VİDEO

İmişli MERO-sunda nələr baş verir?-VİDEO

11-12-2015, 14:53
Oxunub: 14 298 İmişli MERO-sunda nələr baş verir?-VİDEOBelə yerdə deyiblər “görünən kənd bələdçi istəməz”

BTV-yə İmişli rayonundakı MERO-dan şikayət daxil olmuşdu. Məlumatda bildirilirdi ki, burada gözdən əlil birinə sürücülük vəsiqəsi verilib. Əməkdaşlarımız məsələnin həqiqətə uyğun olub olmadığını aydınlaşdırmaq məqsədilə rayona üz tutub. Özünü idarənin işçisi kimi təqdim edən şəxslər əməkdaşlarımızı elə qapıdaca qarşılayıblar və “ucuz qiymətə sürücülük vəsiqəsi istəmirsiz? ” soruşublar. Aydın məsələdir ki, özünü işçi kimi təqdim edən həmin işbazlar “makler”lərdir. Bu da azmış kimi əməkdaşlarımız idarənin mühafizə otağının çayxanaya çevrildiyinin şahidi olublar. Çəkiliş qrupunun hansı məqsədlə orada olduğunu biləndə isə sualları cavablandırmqadan boyun qaçırıblar. Belə yerdə deyiblər “görünən kənd bələdçi istəməz”. İmişli MERO-sunda gözdən əlil birinə vəsiqəni verənlər yəqin ki, qapıdan “müştəri” tutmağa çalışanlardır.
Bolgexeber.com