Rüfət Quliyevin gənclərlə görüş oldu
30-10-2010, 11:30
Oxunub: 8 636
73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd Rüfət Atakişi oğlu Quliyev daha iki görüş keçirmişdir
Oktyabr ayının 27-də saat 11-da Lənkəran rayon idman kompleksində 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd Rüfət Atakişi oğlu Quliyevin Lənkəranlı gənclərlə görüşü olmuşdur.
Görüşü namizədin səlahiyyətli nümayəndəsi Rəşid Quliyev açmış, Rüfət Quliyevin tərcümeyi-halını, əmək, ictimai-siyasi fəaliyyəti haqqında görüş iştirakçılarına məlumat vermişdir.
Görüşdə Rüfət Quliyev çıxış etmiş və iştirakçıların çoxsaylı suallarını cavablandırmış, və xüsusilə vurğulamışdır ki, ölkədə hökm sürən sabitlik, dinamik iqtisadi inkişaf uğurlu xarici siyasət xətti ölkə Prezidenti möhtərəm İlham Əliyevin titanik əməyinin nəticəsi olub, Ulu öndərimiz Heydər Əliyevin dühasında qaynaqlanır. Görüş toplaşanların yüksək fəallığı şəraitində keçirilmişdir.
Oktyabr ayının 27-də saat 14-da Lənkəran rayon idman kompleksində 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd Rüfət Atakişi oğlu Quliyevin Lənkəranlı şəhərindəki veteranlar klubunda veteranlarla görüşü olmuşdur.
Görüşü namizədin vəkili Hacı Mərafət Musayev açmış, namizəd haqqında ətraflı məlumat vermişdir. Görüşdə veteranlarda Şöyüb Kazımov, Milli qəhrəman atası Ələsgər Əliyev, Əziz Bağırov, Cabir Əhmədov, Mirismayıl Kazımov, və başqaları çıxış edərək ölkədə hökm sürən əmin-amanlıq, və hərsahəli inkişafa görə ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, Rüfət Quliyevin keçən dövrki deputatlıq fəaliyyətindən razılıqlarını bildirmiş, onun bu seçkidə də dəstəkləyəcəklərini vurğulamışdılar. Eyni zamanda veteranlar klubunun fəaliyyətinin daha da yaxşılaşdırılması ilə əlaqədar işlərdən danışmış və deputatlığa namizəddən onların həllində yardımçı olmağı xahiş etmişdir. Sonda deputat çıxış etmiş, verilən sualları cavablandırmışdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər