BolgeXeber.Com » Gündəm » Hikmət Qafarovun “ustad qara kassir”i kimdir? (VİDEO)

Hikmət Qafarovun “ustad qara kassir”i kimdir? (VİDEO)

17-12-2015, 14:30
Oxunub: 10 417 Hikmət Qafarovun “ustad qara kassir”i kimdir? (VİDEO)Əksər DYP postlarnda, eləcə də Göytəpə postunda quraşdırılan qara şüşəli plastik pəncərə sexi BDYPİ-də hansı polkovnikə məxsusdur

Ötən yazılarda da bildirmişdik ki, Göytəpə postunda özbaşınalıqlarla bağlı narazılıqlar bitmək bilmir. Bildirək ki, adıçəkilən postda “MƏHARƏT DƏRƏCƏSİ ilə ucalıb, “USTAD” adı alanlar elə cənab Qafarovun pul kisəsinə çevriliblər. Bolgexeber com -a müraciət edənlərin əksər hissəsinin də narazılığı “MƏHARƏT DƏRƏCƏSİ” göstərənlərdəndir. Beləki, 30-a yaxın işçisi olan postun əməkdaşlarının 19 nəfəri həmin dərəcədən yararlanırlar. Qeyd edək ki, alınan məvacibdən ələvə 70 manat pul alan bu şəxslər Qafarovun gəlir yeri də hesab edilir. Amma əslində həmin pulu ala bilən polis nəfərləri ali xidmətlərinə və fədakarlıq göstərdiklərinə görə həmin pulu ala bilər. Göytəpə postunda isə nə ali xidmətdən nədəki, fədakar xidmətlərdən danışmağa dəyər. Xidmətdə nümunə olan işçilər var ki, onlarda ya işdən çıxarılıb yadaki, dəfələrlə töhmət verilib. Çünki, cənab Qafarovun cibinə yaxın olmayanların başlarına belə qəzalar gətirilə bilinər.

Daxil olan məlumatlarda oda deyilir ki, Hikmət Qafarovun tez bir zamanda mayor rütbəsi alması da bəzi qaranlıq məqamlardan xəbər verir. Mənbə bildirir ki, illərdir baş leytenant olan post rəisi necə ola bildi ki, ildə 3-4 dəfə töhmət alan işçiləri olan halda, ani şəkildə mayor rütbəsi aldı. Btv.az-a daxil olan bir digər məlumatlarda vurğulanır Hikmət Qafarovun işçisi Vüqar Mehdiyev “SHACHMAN” qənim kəsilib. O postdan gəlib keçən bütün “SHACHMAN”sürücülərinə aylıq hesab kəsib. Rəisin “qara kassir”i adlanan Vüqar Mehdiyev dəfələrlə töhmət almağına baxmayaraq Qafarovun güvəndiyi tək kişi hesab edilir… Bolgexeber.com olaraq bildirək ki, Hikmət Qafarovun postda elədiyi özbaşınalıqları və rüşvət hallarını gizlədən BDYPİ-nin qərərgah rəisi Ağalıyev Əli hansı səbəblərdən dostluğunu əsirgəmir?. Hazırda istifadədə olan Göytəpə postu hansı vəsaitlə ərsəyə gəlməsi də maraqlı olduğu qədər ilginc məqamlar ortaya çıxarır?. Əksər DYP postlarnda, eləcə də Göytəpə postunda quraşdırılan qara şüşəli plastik pəncərə sexi BDYPİ-də hansı polkovnikə məxsusdur. Həmin polkovniklə Qafarovu bağlayan şok nədənlərlə bağlı növbəti yazılarda geniş məlumat verməyə çalışacağıq. Araşdırmalarımız davam edir.Qarşı tərəfidə dinləməyə hazırıq!
Bolgexeber com