BolgeXeber.Com » Gündəm » Göyçayda ana iki azyaşlı uşağı ilə aclıq aksiyasına başlayıb-VİDEO

Göyçayda ana iki azyaşlı uşağı ilə aclıq aksiyasına başlayıb-VİDEO

22-12-2015, 18:31
Oxunub: 5 187 Göyçayda ana iki azyaşlı uşağı ilə aclıq aksiyasına başlayıb-VİDEOAllahverdiyeva iddia edir ki, hakimləri ələ almaqçün keçmiş qaynı – “Azərbaycan Dəmir Yolları” QSC-də məsul şəxs olan Anar Allahverdiyev külli miqdarda pul xərcləyib

Ötən süjetlərimizin birində Göyçayda məmur qardaşların ananı 2 övladı ilə evsiz qoyması haqda xəbər vermişdik. Övladları ilə küçədə qalan Ülviyyə Allahverdiyevadan yeni xəbər var. Sosial şəbəkədə yayılan məlumatlara görə artıq ana övladları ilə birgə aclıq aksiyasına başlayıb. Media vasitəsilə aidiyyati qurumlara səsini çatdırmaq istəyən Ülviyyə Allahverdiyeva bildirir ki, ilk şikayətindən sonra keçmiş qaynı Anar Allahverdiyev tərəfindən təhdidlər alıb. O, Ülviyyə xanımı ölümlə hədələyib. Xatırladaq ki, Ülviyyə Allahverdiyeva həyat yoldaşı Müşfiq Allahverdiyevlə boşandıqdan sonra Göyçay Məhkəməsinin hakimi Fərhad Əfəndiyevin çıxardığı qanunsuz qərardan sonra 2 körpəsi ilə evsiz qalıb. Allahverdiyeva iddia edir ki, hakimləri ələ almaqçün keçmiş qaynı – “Azərbaycan Dəmir Yolları” QSC-də məsul şəxs olan Anar Allahverdiyev külli miqdarda pul xərcləyib.
Bolgexeber.com