"Hyundai Auto-Azərbaycan" necə fırıldaq gəlir?-İTTİHAM
26-12-2015, 10:17
Oxunub: 5 963
«Hyundai Auto-Azərbaycan» MMC-də nə baş verir?
Bolgexeber.com-un elektron poçtuna məktub göndərən müstəqil jurnalist Məmməd Əhmədoğlu "Hyundai-Auto Azerbaijan" şirkətinin dövlətimizə fırıldaq gəldiyini sübutlayan ittihamları təqdim edib. Müraciətdə «Hyundai Auto-Azərbaycan» MMC-nin son 20 ildə Azərbaycana idxal etdiyi avtomobillərdən gömrük və vergi rüsumundan necə yayınmasından söz açılır. Bolgexeber.com-a yazan jurnalist eyni mətnli şikayəti müvafiq dövlət qurumlarının başçılarına və hüquq-mühafizə orqanlarına da göndərib.
Bolgexeber.com həmin müraciəti olduğu kimi təqdim edir:
"Hyundai Auto-Azərbaycan MMC- son 20 ildə Azərbaycana idxal etdiyi avtomobillərdən nə qədər gömrük və nə qədər vergi rüsumundan yayınmışdır?
Hyundai Auto- Azərbaycan MMC artıq 20 ildir ki, ölkəmizdə müştərilərə xidmət edir. Şirkətə məxsus yeni avtomobillərin ucuz qiymətlərə müştərilərə təklif edilməsi diqqətimizi cəlb etmişdir. Əvvəlcədən qeyd etmək istəyirik ki, müstəqil təhqiqatımızla apardığımız araşdırmalarımızda əsas məqsədimiz dövlətimizin gömrük, vergi sisteminə son 20 ildə ödəmələrin nə dərəcədə düzgün aparılıb-aparılmamasıdır. Yəni, məşhur şirkət tərəfindən Azərbaycana gətirilən hər bir yeni avtomobilə görə qanunla tələb edilən gömrük və vergi rüsumlarının ödənilməsində dövlət büdcəsinin ziyana düşüb-düşməməsi araşdırılmışdır.
Bakı şəhəri üzrə avtosalonlarda satılan yeni Hyundai markalarının olmamasının səbəbi sahibkarlar tərəfindən belə izah edilir ki, vergi-gömrük rüsumlarının çox olması və Hyundaiın rəsmi distribütoru tərəfindən təklif edilən qiymətlərin bizim təklif edəcəyimiz qiymətdən xeyli aşağı olması sərf etmir ki, bu markalı avtomobilləri idxal edək və bazara çıxaraq.
Hyundai şirkətinin MDB ölkələri üzrə fəaliyyət göstərən digər distribütorlarının təklif etdiyi qiymətlərlə Azərbaycan üzrə hyundai satış mərkəzlərində müştərilərə təklif edilən qiymətlər arasında çox vaxt eynilik, bir sıra hallarda isə nisbətən aşağı qiymət təklif edilir. Məsələn, SONATA markalı avtomobillərdə olduğu kimi".
"Hyundai Auto-Azərbaycan" Azərbaycan dövlətinə necə fırıldaq gəlir?
Xatırlatmaq yerinə düşərdi ki, MDB məkanında Azərbaycanda hər bir idxal olunan avtomobilə görə hesablanan gömrük, vergi rüsumları digər ölkələrdə tələb olunan qiymətlərdən 6-8 dəfə artıqdır. Məsələn, qonşu Gürcüstan və Türkmənistanda idxal olunan avtomobilə görə tələb olunan gömrük-vergi rüsumu Azərbaycanla müqayisədə 7-8 dəfə aşağıdır. Bəs o zaman bazarda təklif edilən eyni markalı avtomobillərdə niyə qiymət fərqləri müşahidə edilmir? Hətta əksinə, Azərbaycanda ucuz təklif edilir. Belə olan halda təbii sual çıxır: Necə olur ki, yüksək məbləğdə gömrük-vergi rüsumları ödənilmiş avtomobil izafi dəyərindən aşağı qiymətə müştərilərə təklif edilsin? Yəni konkret olaraq burada gəlir əldə etməkdən söhbət gedə bilməz. Əgər gəlir yoxdursa, o zaman Hyundai-Auto Azərbaycan MMC öz işçilərinə necə yüksək əmək haqqı verir,ofislər və satış məntəqələrinin saxlanması, kommunal və nəqliyyat xərcləri və rüblük vergilər hansı büdcədən ödənilir?
Biz hesab edirik ki, Hyundai Auto Azərbaycan MMC-nin 20 illik fəaliyyətində dövlət büdcəsinə ödənilməli olan gömrük və vergi rüsumlarında ciddi manipulyasiyalara yol verilir. Belə olmasaydı 23 noyabr və təkrar olaraq 16 dekabr 2015-ci il tarixlərdə göndərdiklərimiz rəsmi sorğularımız cavablandırılardı. Lakin çox təəssüflər olsun ki, məşhur şirkətin yerli nümayəndəsi bəzi sirrlərin açılmasından ehtiyat edərək sorğumuzu cavablandırmaqdan yayındı. Qoy olsun! O zaman biz bir vətəndaş olaraq aidiyyatı dövlət qrumlarına müraciət edirik. Araşdırsınlar və dövlət büdcəsindən yayındırlan külli-miqdarda vəsaitlərin ödətdirilməsini təmin etsinlər.
Qeyri rəsmi məlumatlara görə Hyundaiın Azərbaycanda belə müstəqil” fəaliyyət göstərməsinə onun arxasında dayanan oliqarx-generallarımızdan birisinin dayandığı bildirilir".
Qarşı tərəfi də dinləməyə hazırıq...
Bolgexeber.com
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər