BolgeXeber.Com » Gündəm » Misir Mərdanovun bəzi səlahiyyətləri Məleykə Abbaszadəyə verildi

Misir Mərdanovun bəzi səlahiyyətləri Məleykə Abbaszadəyə verildi

19-04-2012, 20:50
Oxunub: 4 799 Prezident İlham Əliyev “ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb

Fərmanda “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”yə ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi və ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi ilə bağlı bəndlər əlavə olunub.

Fərmana əsasən, TQDK bir ay müddətində aparatında ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirəcək struktur bölmə yaratmalı, üç regional bölmənin yaradılması barədə təklifini Azərbaycan Nazirlər Kabinetinə təqdim etməli və fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Təhsil Nazirliyi isə ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) üçün istifadə etdiyi maddi-texniki avadanlığın və elektron məlumat bazasının on beş gün müddətində TQDK-ya verilməsini təmin etməlidir.

Azərbaycan Nazirlər Kabineti ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi və Fərmana uyğun olaraq yeni qurumların yaradılması ilə əlaqədar əlavə ştat vahidlərinin saxlanılması üçün zəruri olan maliyyə vəsaitinin TQDK-nın əsaslandırılmış təklifi əsasında bir ay müddətində Komissiyaya ayrılmasını təmin etməli, üç ay müddətində Azərbaycan prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamalı və Prezidentə təqdim etməli, üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etməlidir. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.