BolgeXeber.Com » Gündəm » Zərdab sakini 36 saylı TSEK-dən şikayət edir: "Əlillik dərəcəsi təyin olunması üçün məndən 4000 manat istədilər"(FOTO)
Zərdab sakini 36 saylı TSEK-dən şikayət edir: "Əlillik dərəcəsi təyin olunması üçün məndən 4000 manat istədilər"(FOTO)
7-01-2016, 10:09
Oxunub: 3 875
"Şəxsən konkret adamlar tanıyıram ki, tam sağlam olsalarda 36 saylı TSEK-na rüşvət verib əlillik dərəcəsi alıblar"
Bolgexeber.com-un elekton poçtuna Zərdab rayonu H.Zərdabi küçəsi ev 4 sakini İsrafilzadə Təbriz Aqil oğlu tərəfindən şikayət məktubu daxil olmuşdur. Narazı vətəndaş həqiqətən xəstə osa da 36 saylı Tibbi Sosial Ekspert Komisiyasının əlillik dərəcəsi təyin edilməsi üçün ondan rüşvət istənildiyini iddia edir.Şikayətçinin Bolgexeber.com-a ünvanladığı məktubu olduğu kimi tədim edirik:
"36 saylı Tibbi Sosial Ekspert Komisiyasından mənə əlillik dərəcəsi təyin edilməsi üçün məndən rüşvət istəyirlər.Mən isə həqiqətəndə xəstəyəm ki, buna görə də qanunla mənə əlillik dərəcəsi təuyin edilməlidir.Belə ki, 2012-ci ilin aprel ayı tarixində Zərdab Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərildim . 407 saylı hərbi hissədə hərbi xidmət keçdiyim vaxt bədənimin hərarəti yüksəldi deyə hərbi hospitala yerləşdirildim.Orada müayinə edildikdə ürəyimdə çat olduğu müəyyən edildi.Stasionar müalicə edildikdən sonra hərbi xidmətə yararsız olduğum üçün hərbi xidmət keçməkdən təxris edildim.Bunu təsdiq edən bütün sənədləri mənə təqdim etdilər.Buna görə mənə Bakıda Bankdan 2500 manat kompensasiya verildi.Bankdan mənə bildirildi ki, əlillik dərəcəsi təyin ediləcəksə sənə əlavə 4000 manat da kompensasiya ödəniləcək.Xəstəliyimin ciddi olmasına görə əlillik dərəcəsi təyin edilməsi üçün 36 saylı Tibbi Sosial Ekspert Komissiyasına müraciət etdim. Həmin vaxt orada bir nəfər üzdən tanıdığım əməkdaş məndən 4000 manat pul istədi ki, mənə əlillik dərəcəsi təyin etsin.Ona imkansız olduğumu və əlillik təyin ediləcəyi halda mənə əlavə 4000 manat kompensasiya veriləcəyini dedikdə mənə bildirdi ki, get həmin pulu al gətir ver bizə bundan sonra sənə əlilik dərəcəsi təyin edim. Bankdan isə bildirildi ki, həmin 4000 manat kompensasiyanı sənə əlillik dərəcəsi təyin edildikdən sonra ödəniləcək. Buna görə də 36 saylı Tibbi Sosial Ekspert Komissiyası mənə əlillik dərəcəsi düşməməsinə dair qərar çıxartdı. Ancaq istədikləri rüşvəti versəydim mənə sağlam və ya xəstə olmağımdan asılı olmayaraq əlillik dərəcəsi təyin edəcəydilər. Şəxsən konkret adamlar tanıyıram ki, tam sağlam olsalarda 36 saylı TSEK-na rüşvət verib əlillik dərəcəsi alıblar .Həmin adamlar obyektiv müayinə edilsələr onlarda təyin edilən xəstəliklər mövcud olmayacaq.Mən həqiqi xəstəyəm buna görə də mənə qanunda nəzərdə tutulan qaydada əlilik dərəcəsi təyin edilməlidir.Ancaq 36 saylı Tibbi Sosial Ekspert Komisiyasına istədikləri rüşvəti verməyə imkanım olmadığı üçün bu hüququmdan məhrum olmuşam.Buna görə də şikayət ərizəm tam, hərtərəfli və obyektiv araşdırılıb qanunu tədbirlər görülməlidir.
Mən bu korrupsiya cinayəti barəsində Prezident cənab İlham Əliyevə , Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri cənab Ramiz Mehdiyevə , Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova şikayət ərizələri ilə müraciət etmişəm.Həmin şəxslərə mətbuat vasitəsi ilə də müraciət edib xahiş edirəm ki, qanunsuzluq faktını tam, hərtərəfli və obyektiv araşdırıb korrupsiyaya qurşanmış 35 saylı Tibbi Sosial Ekspert Komissiyasının əməkdaşları barədə ciddi tədbirlər görəsiniz".
Zərdab rayonu, H.Zərdabi küçəsi, ev 4-ün sakini İsrafilzadə Təbriz Aqil
Qarçı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər