BolgeXeber.Com » Gündəm » Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Novruzəli Orucov problemi - iddia
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Novruzəli Orucov problemi - iddia
8-01-2016, 17:24
Oxunub: 4 990
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində heç bir islahat həyata keçirilmir
Müdafiə Nazirliyində rəhbər dəyişikliyindən sonra baş verən islahatlar nədənsə hələ də dayandırılıb. İnformasiyalara görə, bununla bağlı olaraq artıq hakimiyyətin ən yüyksək dairələrində problemlər yaşanır. Zakir Həsənovun müdafiə naziri təyinatından sonra ordu quruculuğu sahəsində aparılan islahatlar demək olar ki, məhz orduya çağırış ilə bağlı bağlı ciddi çətinliklər yaratmaqdadır.
GUNDEMİNFO.AZ-a bilgi verən mənbə iddia edir ki, orduya çağırış işlərinin təşkili ilə bağlı olaraq islahatların aparılması işi birbaşa olaraq xidmət rəisi Arzu Rəhimovun müavini Novruzəli Orucova həvalə edilib. Lakin nədənsə bu islahatlarla bağlı xidmət daxilində yaradılmış komissiyanın rəhbəri kimi N.Orucov heç bir iş görmür. Məlumatlarda həmçinin deyilir ki, adıçəkilən xidmətdə bütün «qara işləri»n də başında adıçəkilən general dayanır. Mənbəmiz bildirir ki, Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində fövqəladə səlahiyyətlərə malikdir. Adamın Müdafiə Nazirliyi ilə hərbi xidmətə çağırış işləri ilə bağlı olaraq koardinasiya etməməsi də məsələni kifayət qədər qəlizləşdirir.
Mənbəmiz bildirir ki, dövlət başçısının kifayət qədər razı qaldığı Müdafiə Nazirliyindəki islahatları demək olar ki, orduya çağırışla bağlı olaraq ağsayır. Məhz Arzu Rəhimovun yerinə keçmək istəyən N.Orucov islahatlara əngəl kimi öz rəisini təqdim etməyə çalışır.
Mənbə deyir ki, adıçəkilən dövlət xidməti ən qısa zamanda dövlət xərclərinin ixtisarı ilə bağlı olaraq islahatlar nəticəsində Müdafiə Nazirliyinə birləşdirilə bilər. Mənbəmiz deyir ki, hətta çox qısa zamanda bu xidmətdə çağırış prossedurları ilə bağlı olaraq birbaşa olaraq Arzu Rəhimovla yanaşı Novruzəli Orucovun da işi yoxlanacaq.
Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər