Millət vəkili avtomobil qəzasına düşdü
26-04-2012, 11:00
Oxunub: 5 683
Faktla bağlı Yasamal polisi tərəfindən başlanan araşdırmalar isə davam etdirilir
Ötən gecə Bakının Yasamal rayonunda Milli Məclisin Mədəniyyət komitəsinin sədri deputat Nizami Cəfərov qəza törədib. Yol nəqliyyat hadisəsi Akim Abbasov və Şərifzadə küçələrinin kəsişməsində qeydə alınıb. Nizami Cəfərov idarə etdiyi dövlət qeydiyyat nişani 90 DH 027 olan “Hyundai” markalı avtomaşınla əvvəlcə “Mitsubishi” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Daha sonra “VAZ 2107” ilə də toqquşan avtomobil işıqforu da aşıraraq yararsız vəziyyətə salıb.
İlkin məlumata görə, qəza zamanı əzilən avtomaşınlarda olan sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb. Qəzaya düşən “Mitsubishi” markalı avtomaşının sürücüsü iddia edir ki, hadisə zamanı “Hyundai”nin sükanı arxasında olan sürücü hərəkətini işıqforun qırmızı işığında davam etdirib.
Hadisədən sonra milli məclisin deputatı Nizami Cəfərovla polislər arasında mübahisə olduğundan o, Yasamal rayon polis idarəsinin 28-ci polis bölməsinə aparılıb.
Yasamal rayon DYPŞ-nin qəzalar üzrə inspektoru Rövşən Həsənov ilkin ehtimala görə, “Hyundai” sürügüsünün avtomobili sərxoş vəziyyətdə idarə etdiytini deyib.
Faktla bağlı Yasamal polisi tərəfindən başlanan araşdırmalar isə davam etdirilir.
anspress
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər