Bakıdan müşavirədən dönən rektor imtahanların qiymətlərini qaldırıb
12-01-2016, 13:00
Oxunub: 3 037
Yusif Yusifov artıq başına yığdığı komandası ilə birlikdə bir sıra «eksperiment»lər həyata keçirilər
Bir neçə gün əvvəl Bakıda Təhsil Nazirliyində keçirilən müşavirədən dönən Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusifov imtahanların qiymətlərini qaldırıb. Bu barədə Bolgexeber.com-a bir qrup tələbə məlumat verib.
Tələbələrin bildirdiyinə görə, imtahan sessiyasına hazırlaşdıqları bir vaxtda onlardan imtahan üçün pul tələb etməyə başlayıblar. Onların dediyinə görə, GDU rəhbərliyinin təlimatı əsasında prosesin həyata keçirildiyini onlara müəllimlər məlumat veriblər.
Bolgexeber.com-a bilgi verənlər qeyd edirlər ki, əgər ötən il imtahanın biri üçün 50-100 manat alınırdısa, indi rəqəmlər 100 manatdan başlayır. Onların sözlərinə görə, bəzi fənlər üzrə imtahanlara görə haqqı hətta 200 manata qaldırıblar.
Qeyd edək ki, GDU-da tələbələrdən imtahan üçün pul yığılması hallarına dair dəfələrlə məlumatlar dərc olunub. Yerli mətbuatın yazdıqlarından belə başa düşülür ki, rektor Yusif Yusifov artıq başına yığdığı komandası ilə birlikdə bir sıra «eksperiment»lər həyata keçirilər. Məsələn, indiyə qədər heç bir universitedə tətbiq olunmayan tələbələrin «aylığa buraxılması» halları GDU-da qeydə alınıb.
P.S. Görünür, devalivasiya GDU-na «vurub». Əks təqdirdə, imtahanların qiymətini qaldırmağın nə mənası vardı?
Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər