Lənkəran Əliyev Səfər Əbiyevə uduzdu
27-04-2012, 16:45
Oxunub: 5 238
Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Müdafiə Nazirliyinin general-mayor Lənkəran Əliyevə və onun övladlarına qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.
Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, nazirliyin iddiası təmin olunub. Birinci instansiya məhkəməsinin qətnaməsi isə ləğv edilib.
Qeyd edək ki, nazirlik Lənkəran Əliyevə məxsus mənzilin orderinin etibarsız hesab edilməsi barədə iddia ilə Yasamal Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardan apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Daha sonra nazirlik Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmə kasasiya şikayətini qismən təmin edərək, işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərib.
Lənkəran Əliyev Azərbaycan Silahlı Qüvvələrin Akademiyasında qərargah xidməti kafedrasının rəisidir. Nazirlik onunla yanaşı, qızları - Eleonora, Səbinə və Zoya Əliyevalara qarşı da iddia qaldırıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər