BolgeXeber.Com » Gündəm » Zavod direktorunun orqan alveri

Zavod direktorunun orqan alveri

27-04-2012, 20:40
Oxunub: 5 993 “Neftqazmaş” ASC-nin rəhbəri Vahid Hacıyev məcburi köçkünü aldadaraq böyrəyini satıb

Redaksiyamıza daxil olan bir məcburi köçkünün məktubu daxil olub. Məktubu yazan Günay İbrahimova Qubadlı rayonundan məcburi köçkündür. G.İbrahimova həyat şəratinin ağırlığından, mənzilinin olmaması səbəbindən böyrəyini satmaq qərarına gəlib. Hətta bununla bağlı bir çox yerlərə müraciət edib. G.İbrahimovanın böyrəyinə alıcı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin işçilərinin vasitəçiliyi ilə tapılıb. Bundan sonra G.İbrahimovanın qara günləri başlayıb.

2010-cu ilin Neftqazmaş Açıq Səhmdar Cəmiyyətinin direktoru Vahid Hacıyev İran İslam Respublikasında «Obama» klinikasında böyrək dəyişdirmək üçün müraciət edir. Əvvəlcə ona böyrəyin tapılmasının mümkünlüyü bildirilsə də, sonradan klinikadan deyiblər ki, İranda yeni qanun qəbul edilib və donor Azərbaycandan olmalıdır. Bundan sonra Vahid Hacıyevə Qızıl Aypara Cəmiyyətindən telefon edərək donorun olduğunu bildirirlər.
Günay İbrahimova da zavodun direktoru ilə 2010-cu ilin mart ayında görüşür və böyrəyinin analizlərini vermək üçün Vahid Hacıyevlə birlikdə Bakıdakı «Siqma» Tibb Mərkəzinə gedirlər.

Bundan sonra 2010-cu ilin iyun ayının 13-16 arası Günah İbrahimova ilə Vahid Hacıyev görüşüblər. Şikayətçi iddia edir ki, zavod direktoru ona bildirib ki, əməliyyatdan sonra ona iki otaqlı mənzil və 15 min manat da pul verəcək. Tərəflər arasındakı razılığa əsasən 2010-cu ilin iyunun 22-də İranda böyrəkköçürmə əməliyyatı baş tutur. Bu zaman əməliyyatdan sonra Vahid Hacıyev Günaya vəd etdiyi pulu ödəməkdən imtina edir.
Günah İbrahimovanın anası Kifayət Abbasova deyir ki, zavod direktoru qızını aldadıb. Ona böyrəyini almaq müqabilində cəmi 3000 dollar pul ödəyib. Şikayətçinin anası deyir ki, qızının böyrəyini satmaq istəyi barədə yalnız o İrana yola düşəndə xəbər tutub.

Qeyd edək ki, bu hadisədən sonra Günah İbrahimova rəsmi nigahda olduğu həyat yoldaşı Şahin Əsədovdan da ayrılmaq məcburiyyətində qalıb.
Sadalanan bu faktlar bizə təqdim olunmuş faktların yalnız bir qismidir. Daha ətraflı məlumat verəcəyik.
Qeyd edək ki, G.İbrahimovanın böyrəyini gəzdirən zavod direktoru Vahid Hacıyevlə də əlaqə saxladıq. Bütün gün ərzində onun mobil telefonuna cavab verən olmadı. Neftqazmaş-a isə müraciət etdikdə onun köməkçisi dedi ki, Vahid müəllim sexdədir və mobil telefonu götürməyi unudub. Hər halda yazılanlarla bağlı olaraq daha geniş araşdırmalar zamanı qarşı tərəfin də mövqeyini bir daha öyrənməyə çalışacağıq.

Bizim dovr