BolgeXeber.Com » Gündəm » Bakıda 200 kişini QİÇS-ə yoluxduran Elnurə Əhmədova ölüb

Bakıda 200 kişini QİÇS-ə yoluxduran Elnurə Əhmədova ölüb

28-04-2012, 12:50
Oxunub: 4 346 “Fahişəliklə məşğul olmağı dayandırmayacam, çünki kişilərə nifrət edirəm, daha çox kişini QİÇS virusuna yoluxdurmaq istəyirəm...”

Üç gün əvvəl QİÇS-lə Mübarizə Mərkəzində 22 yaşlı xəstə Elnurə Əhmədova vəfat edib. Bolgexeber.com-un “Vesti.az” saytına istinadən verdiyi məlumata görə, 5 il əvvəl istintaqa ifadəsində 200 kişini QİÇS-ə yoluxdurduğunu söyləyən Elnurə Əhmədovanın ölümü barədə “Nərimanov Rayon Məhkəmə-Tibbi Ekspertizasından məlumat verilib.

QİÇS-lə Mübarizə Mərkəzi də Elnurə Əhmədovanın öldüyünü təsdiqləyib. Elnurə Əhmədova ilə bilavasitə işləmiş hüquq müdafiəçisi bildirib ki, o, sonralar da fahişəliklə məşğul olub, alkoqollu içkilər içib: “Elnurə həyatdan bezmişdi, müalicə olunmur, dərman qəbul etmirdi. Mən QİÇS-lə Mübarizə Mərkəzində olarkən Elnurənin vəziyyəti çox ağır idi”.

Qeyd edək ki, Elnurə Əhmədova mətbuata müsahibələrində atasının vəfat etdiyini, spirtli içkilərə aludə olan anası barədə isə heç nə bilmədiyini söyləyib. Elnurə Əhmədova Şəkidə uşaq evində böyüyüb, daha sonra Şağan qəsəbəsindəki 3 saylı internatda yerləşdirilib. O, 12 yaşında rəfiqəsi ilə internatdan qaçıb, 50 manat müqabilində kişilərlə intim əlaqədə olmağa başlayıb. Bir il sonra, polis tərəfindən saxlanılaraq Ramanıdakı xəstəxanada müayinəyə göndərilən Elnurə Əhmədova xəstə olduğunu bilib. 18 avqust 2003-cü ildə xəstəxanaya gətirilən Elnurə Əhmədovadan götürülən qan analizləri QİÇS-lə bağlı müsbət nəticə verib və avqustun 28-də həkim ona xəstə olduğunu söyləyib. Bundan sonra 2005-ci il aprelin 19-da 1 saylı Klinik Xəstəxananın doğum şöbəsinə gələn Elnurə Əhmədovanın qanında QİÇS virusu aşkarlanıb. O, dünyaya gətirdiyi körpəni xəstəxanada qoyaraq qaçıb. Uşaq sonradan ölüb.

Elnurə Əhmədova xəstə olduğunu bilsə də, fahişəliyə davam edib. Elnurə tez-tez yoxa çıxıb, onu tapmaq mümkün olmayıb. 2007-ci il iyulun 8-də Elnarənin “Ümid Yeri” Uşaq Evində olduğu barədə QİÇS-lə Mübarizə Mərkəzinə məlumat daxil olub. Hüquq-mühafizə orqanlarına təhvil verilən Elnurə Əhmədova qəsdən QİÇS virusu yaymaqda ittiham edilib. Elnurə onunla intim əlaqədə olan kişilərin özlərinin qoruyucu istifadə etməkdən imtina etdiklərini söyləyib. 200 kişinin QİÇS virusuna yoluxmuş olduğu şübhəsi ortaya çıxıb. Lakin cinayət işində həmin kişilərdən heç birinin adı yoxdur. Məhkəmə-Tibbi Ekspertizaya yalnız iki kişi müraciət edib, onların da qanunda QİÇS aşkarlanmayıb. 6 fevral 2008-ci ildə Nəsimi Rayon Məhkəməsində Elnurə Əhmədova 9 ay azadlıqdan məhrum edilib. O, həbsxanada olarkən də bildirib ki, azadlığa çıxdıqdan sonra fahişəliklə məşğul olmağı dayandırmayacaq, çünki kişilərə nifrət edir, daha çox kişini QİÇS virusuna yoluxdurmaq istəyir...