Oxunub: 5 408Arifə Məmmədova uzun müddətdir ki, oğlu ilə birgə Xətai rayonu Naximov küçəsində taxta komada yaşayır
Ana deyir ki, imkansızlıq,evsizlik ucbatından 35 yaşlı oğlunu belə evləndirə bilmir. BTV-yə danışan Arifə Məmmədovanın sözlərinə görə, hazırda məskunlaşdıqları taxta komanı tikib başa gətirmək istəsə də Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi ondan 8 min manat pul tələb edib. Çarəsiz durumda olan ana deyir ki, ümidi yalnız ölkə başçısınadır. Ümid edirik, ana-balanın səsinə səs verən olar və onlar da tezliklə ev sahibi olarlar. Bolgexeber.com