Akkord Qızıl Mükafat aldı
2-05-2012, 17:50
Oxunub: 6 304

Aprelin 29-30-da Almaniyanın Frankfurt şəhərində keçirilən 38-ci “İnternational Arch of Europe” Beynəlxalq Konvensiyada “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC BİD Beynəlxalq Biznes Assosiasiyası tərəfindən 2011-ci ilin yekunlarına görə İdarəetmə, Keyfiyyət, Texnologiya və İnnovasiya sahəsində “Avropa Keyfiyyəti 2012” Beynəlxalq Nominasiyası üzrə Qızıl Mükafata layiq görülüb.
Korporasiyadan Bolgexeber.com-a verilən məlumata görə, mükafat BİD Beynəlxalq Biznes Assosiasiyasının prezidenti tərəfindən təntənəli surətdə Akkord Korporasiyasının Direktorlar Şurasının sədri, baş direktor Xaqani Quluzadəyə təqdim edilib.
Eyni zamanda, Akkord Korporasiyası BİD tərəfindən QC 100 Total Quality Management keyfiyyət modeli texnologiyasının tətbiqi üzrə sertifikata layiq görülüb.
Tədbirdə ABŞ, Almaniya, İngiltərə, Fransa, İsveçrə, İspaniya, Rusiya, Türkiyə, Braziliya, Yeni Zellandiya, Meksika, Avstraliya və digər ölkələrdən yüzə yaxın aparıcı iri sənaye, tikinti, texnologiyalar, istehsal, xidmət və maliyyə sahələrində çalışan şirkətlər təmsil olunub.
Xatırladaq ki, Avropanın işgüzar qurumları və şirkətləri ilə əməkdaşlığın gücləndirilməsi məqsədilə 2012-ci ilin fevral ayından Akkord Korporasiyasının Almaniyanın Frankfurt şəhərində nümayəndəliyi fəaliyyət göstərməkdədir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər