BolgeXeber.Com » Gündəm » Qaxdan Qarabağ qazisi prezidentə müraciət etdi-VİDEO

Qaxdan Qarabağ qazisi prezidentə müraciət etdi-VİDEO

29-01-2016, 14:51
Oxunub: 3 928 Qaxdan Qarabağ qazisi prezidentə müraciət etdi-VİDEOHadisə zamanı evə dəyən ziyan 17 min manat hesablanıb

Ötən il mart ayının 3-də Qax rayonunun Qaxmuğal kəndində 2-ci qrup Qarabağ müharibəsi qazisi, prezident təqaüdçüsü İlqar Cəlilova məxsus yaşayış evi yanaraq yararsız hala düşüb. Yanğından sonra şikayətçinin müraciətinə əsasən, Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsi yanğının baş vermə səbəbləri ilə bağlı araşdırmaya başlayıb və aydın olub ki, yanğın hadisəsi elektrik enerjisindən istifadə qaydalarının pozulması nəticəsində baş verib. Hadisə zamanı evə dəyən ziyan 17 min manat hesablanıb. Lakin müstəqil mütəxəssilərin qiymətləndirməsində isə bu ziyan 60 min manat civarındadır. Hadisədən 1ilə yaxın vaxt keçməsinə baxmayaraq ailənin evsiz qalmasına səbəb olan Qax Rayon Elektrik Şəbəkəsi dəyən ziyanı ödəməyib. Sonda Qarabağ qazisi İlqar Cəlilov ölkə başçısı İlaham Əliyevə son ümid yeri kimi baxdığını və ona güvəndiyini vurğulayıb.
Bolgexeber.com