Polkovnik Ramaldanov ordudan tərxis edilib
3-05-2012, 21:10
Oxunub: 5 814
Silahlı Qüvvələri Hərbi Akademiyasının rəis müavini ordudan tərxis olunub.
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Məlumata görə, müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri Hərbi Akademiyasının təlim-tədris hissəsinin rəisi və akademiyanın rəis müavini, polkovnik Şair Ramaldanov tutduğu vəzifədən azad edilib.
Ş. Ramaldanov açıqlamasında faktı təsdiqləyib. Onun sözlərinə görə, ordudan tərxis olunması yaş həddi ilə əlaqədardır. Lakin bununla belə o, bundan sonra da Azərbaycan Silahlı Qüvvələrində xidmət edəcəyini istisna etməyib.
Qeyd edək ki, 55 yaşlı Şair Ramaldanov Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında iştirak edən zabitlərdən biridir. 1994-cü ilin yanvar ayında onun rəhbərlik etdiyi briqada Füzuli rayonunun bir sıra yaşayış məntəqələrinin Ermənistan silahlı birləşmələrindən azad edilməsində mühüm rol oynayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər