BolgeXeber.Com » Gündəm » DYP əməkdaşlarının gecə ovu-VİDEO

DYP əməkdaşlarının gecə ovu-VİDEO

9-02-2016, 17:41
Oxunub: 3 621 DYP əməkdaşlarının gecə ovu-VİDEODYP əməkdaşları xidməti avtomobillərin qapılarını açaraq dar küçədə öz evlərinə dönmək istəyən sakinlərə maneə yaradıblar

Ötən gecə saat 21:00 radələrində Nəsimi rayonu, Namiq Məlikov küçəsində yol polisləri heç bir səbəb göstərmədən hərəkətdə olan avtomobilləri saxlayaraq, lazımı sənədlərin qaydasında olub, olmadığını soruşublar. Maraqlısı burasındadır ki, yol polis işçiləri sənədlərin təqdim edilməsini deyil, sadəcə olub olmaması haqda maraqlanıblar. Qeyd edək ki, DYP əməkdaşları yolun icazə verilməyən hissəsində hərəkətdə olaraq,özləri qaydanı pozublar. Btv əməkdaşlarının çəkdiyi görüntülərdən də görünür ki, yol polis işçiləri hətta bir neçə sürücü ilə mübahisə də ediblər. Bildirək ki,DYP əməkdaşları xidməti avtomobillərin qapılarını açaraq dar küçədə öz evlərinə dönmək istəyən sakinlərə maneə yaradıblar.
Biz də Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz boşa çıxdı.
Bolgexeber.com