BolgeXeber.Com » Gündəm » Masallıda nazirlik MTN generalının qohumunu yoxlamağa başladı

Masallıda nazirlik MTN generalının qohumunu yoxlamağa başladı

24-02-2016, 12:58
Oxunub: 6 434 Masallıda nazirlik MTN generalının qohumunu yoxlamağa başladıAğabəy Ağayevin rəhbəri olduğu Viləş Su Anbarında ciddi maliyyə pozuntularının olduğu deyilir

Maliyyə Nazirliyi və Su Təsərrüfatı və Meliorasiya ASC-nin nümayəndələri Viləş Su Anbarı İstismar İdarəsində yoxlamalara başlayıb.

Bolgexeber.com-un məlumatına görə, hər iki dövlət qurumunun yoxlamalara start verməsinin birinci səbəbi İstismar İdarəsində xeyli müddətdən bəri maliyyə vəziyyətini nəzərdən keçirməkdir. Mənbə bildirir ki, ötən ilin sentyabrında Su Təsərrüfatı və Meliorasiya ASC-nin nümayəndələri sözügedən idarədə araşdırma aparsalar da, qurumun rəhbəri Ağabəy Ağayevin kobud münasibətinə məruz qalıblar.

Bolgexeber.com bildirir ki, həmin münasibət səbəbindən ASC rəhbərliyi Ağabəy Ağayevdən narazı düşmüşdülər. Lakin o dönəmlər idarə müdirinə söz deyə bilmirdilər. Buna səbəb isə Ağabəy Ağayevin MTN generalı Subayir Qurbanovun yaxın qohumu olmasıydı.

Hər iki dövlət qurumunun Viləş Su Anbarı İstismar İdarəsində yoxlamalara start verməsi və idarə müdirinin səssiz şəkildə prosesləri müşahidə etməsi isə oktyabrdan sonra yaranmış vəziyyətlə bağlıdır. Belə ki, artıq Ağayevin arxasında Qurbanov kimi general dayanmır. Üstəlik, o, bir zamanlar MTN generalının adını dilində yağır etsə də, hazırda onunla yanaşı çəkilməsindən kifayət qədər əndişəlidlir.

Xatırladaq ki, Ağabəy Ağayevin adı bu yaxınlarda daha bir skandala qarışmışdı. Belə ki, o və DYP-də çalışan oğlu İlham Ağayevin Ərkivan qəsəbəsi sakininə torpağından çıxması tələbiylə silah çəkdikləri vurğulanırdı. Şikayətçi verdiyi açıqlamasında bildirmişdi ki, adları keçən şəxslər ondan şəxsi torpağından çıxmağı və ona vermələrini tələb edirmişlər.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.