BolgeXeber.Com » Gündəm » Səlim Müslümov, Ziya Məmmədov kömək etmədi, Ədalət Şükürova ağız açdı... - Ucarda əlil imdad diləyir
Səlim Müslümov, Ziya Məmmədov kömək etmədi, Ədalət Şükürova ağız açdı... - Ucarda əlil imdad diləyir
25-02-2016, 12:44
Oxunub: 2 444
"Evimizin dam örtüyü tam yararsız olduğu üçün yağış evin içərisinə yağdı deyə, körpə uşağım tələf oldu. Elə olur ki, günlərlə çörək belə tapa bilmirik"
Ucar rayon Qazyan kənd sakini, 1-ci qrup gözdən əlil Qədirov Rafiq İsrayıl oğlu Bolgexeber.com-a şikayət məktubu ünvanlayıb. Narazı vətəndaş yazır:
"Sizə bildirirəm ki, iki gözüm görmür və həyat yoldaşının hesabına gəzə bilirəm.Hazırda yoxsulluq həddindən də pis vəziyyətdə yaşayırıq.Quru çörəyə belə həsrətik.Pensiya kartımı sələmiyə götürdüyüm pula görə bir ildir ki, girov qoymuşam.3 yaşlı övladım İsmayılı ilan vurdu dyə onun ölməməsi üçün müalicə üçün sələmiyə götürdüyüm pula görə düz bir ildir ki, pensiya kartım sələmiçidədir.Acınacaqlı, yoxsul şəraitdə yaşayırıq. Ailəliyəm, iki övladım var idi. Övladımın biri balaca Məhəmməd 16 dekabr 2013-cü il tarixdə acınacaqlı vəziyyətdə, yoxsulluğa görə soyuqdəymədən öldü.
Evimizin dam örtüyü tam yararsız olduğu üçün yağış evin içərisinə yağdı deyə, körpə uşağım tələf oldu. Elə olur ki, günlərlə çörək belə tapa bilmirik. Özümün yox, ailəmin az yaşlı körpə uşağımın acından məhv olma təhlükəsi məni çox üzür.Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova, həmyerlim olan vəzifəli şəxslərə (Ziya Məmmədov və digərləri nəzərdə tutulur) dəfələrlə müraciətlər etsəm də, heç bir köməklik etmədilər".
Daha sonra narazı vətəndaşın dia.az-a yazdığı müraciətində deyilir: "Ancaq bir neçə gün öncə müğənni Ədalət Şükürovun televizorda çıxışına baxdım ona görə də ona mətbuat vasitəsi ilə müraciət etməyi qərara aldım.
Dəyərli insan Ədalət Şükürov!
Varlı məmurlardan mənim kimi yoxsul kor insana heç bir haray yoxdur sizdən xahiş edirəm bizim ailəyə maddi köməklik göstərəsiniz.Ömürümüz boyu sizə minnətdar olarıq.Allah sizi qorusun.
Əlaqə telefonumuz; 051 808-14-47
Yardım etmək istəyənlər üçün:
Azərbaycan Beynəlxalq Bankın Ucar şöbəsi
Kod; 805807
Vöen; 9900001881
Swift kodu: İ B A Z A Z 2x
Müştəri: Qədirov Rafiq İsrayıl oğlu
Müxbir hesabı: AZ 03NABZ01350100000000002944"
Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Bolgexeber.com


Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 4-02-2021, 13:43 : Talançı oliqarxlar yenidən hədəfdə – Daha kimlərin həbsi real görünür?..
Gündəm
- 3-02-2021, 16:38 : Bu kəndin şəhidlərinə 4 aydır başdaşı qoyulmayıb-FOTO
Gündəm
- 3-02-2021, 17:31 : Ötən ay uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Xəbərlər
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm