BolgeXeber.Com » Gündəm » İsmayıllı İH başçısı I qrup əlilə hörmətsizlik etdi-VİDEO

İsmayıllı İH başçısı I qrup əlilə hörmətsizlik etdi-VİDEO

7-03-2016, 17:22
Oxunub: 3 823 İsmayıllı İH başçısı I qrup əlilə hörmətsizlik etdi-VİDEOİsmayıllı rayon sakini Rasim Şahməmmədov çox acınacaqlı vəziyyyətdədir

Belə ki,Rasim 2010-cu ildə avtomobil qəzası keçirib.Qəza nəticəsində onurğası qırıldığı üçün indi Rasim nə gəzə,nə də otura bilir.Bolgexeber.com-un məlumatına görə üstəlik həyat yoldaşı da xərçəng xəstəsi olduğu üçün ailənin düşdüyü vəziyyət ürəklər ağrıdır.Şikayətçi deyir ki, “ dəfələrlə İsmayıllı rayon İcra başçısı Mirdamət Sadıqovun yanına gedərək “əl məndən,ətək səndən deyib” yardım istəmişəm” lakin icra başçısı əlil olmuş vətəndaşa “bura sənin üçün xəstəxana deyil”deyərək ,dərdini eşidib,dinləmədən idarədən çıxartdırıb.
Rasim aidiyyatı qurumlardan dərdinə dərman tapa bilmədiyi üçün ölkə başçısına və onun xanımına müraciət etdi.
Qeyd edək ki,daima mətbuatda Mirdamət Sadıqovun İsmayıllı torpaqlarını iş adamlarına sataraq qazanc əldə etməsi haqqında türlü-türlü yazılar dərc olunur. Bütün bunlar da icra başçısının fəaliyyətinin kafi olduğunun, rayondakı vəziyyətin ürəkaçan olmamasının göstəricisidir.
Bolgexeber.com