İki fərqli jurnalistin gözləntisi...
7-11-2010, 00:35
Oxunub: 8 239

Noyabrın 7-si Azərbaycan parlamentinə seçkilər keçiriləcək. Artıq təşviqat mərhələsi başa çatıb və seçicilərin kabinələrdə bülletenlərlə təkbətək qalacağı ana saatlar qalıb.
Bu dəfə «Panorama»da Azərbaycan mediasının iki fərqli düşərgəsinin təmsilçiləri – «Səs» qəzetinin siyasət şöbəsinin müdiri İlham Əliyev və «Azadlıq» qəzetinin əməkdaşı Seymur Həziyev fikirlərini bölüşürlər. Həm başa çatan qeydiyyat və təşviqat mərhələləri, həm də astanasında olduğumuz səsvermə ilə bağlı.
«7 NOYABR XALQIN İSTEFAYA GÖNDƏRİLDİYİ GÜN OLA BİLƏR»
Seymur Həziyev:
«7 noyabr Azərbaycan tarixinə xalqın funksional baxımdan istefaya göndəriləcəyi gün kimi düşə bilər. Yenə də hakimiyyət seçkini saxtalaşdırmaq yolunu tutsa, onda xalqda güclü etimadsızlıq yaranacaq.
İlham ƏliyevBizdə indi yarım diktatura sistemindən totalitar sistemə keçid baş verir. Hakimiyyət bu seçkilərdə hətta özünün bəzi dairələrdə güclü namizədlərini belə müdafiə etmədi. Hakimiyyət seçkini gülüş obyektinə, formal bir prosesə çevirmək istəyir. Çünki özünün korrupsiya əməllərinə görə hesabat vermək istəmir...».
İlham Əliyev:
«Mən düşünürəm ki, bu seçkilər çox sakit, normal bir şəkildə keçiriləcək. Azərbaycan xalqı verdiyi qərara uyğun olaraq seçkilərdə aktivlik nümayiş etdirəcək və ən layiqli namizədə səs verəcək. O ki qaldı hakimiyyətlə bağlı qərəzli fikirlərə, bunların hamısı əsassızdır. Azərbaycan bütün siyasi qüvvələrə, o cümlədən Seymur Həziyevin təmsil olunduğu düşərgəyə bərabər imkanların yaradıldığı ölkədir. Belə bir ölkəni də Heydər Əliyev yaradıb...».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər