BolgeXeber.Com » Gündəm » I qrup əlil: "Sığorta şirkəti məni aldatdı,evimi əlimdən alırlar"-VİDEO

I qrup əlil: "Sığorta şirkəti məni aldatdı,evimi əlimdən alırlar"-VİDEO

16-03-2016, 17:34
Oxunub: 4 374 I qrup əlil: "Sığorta şirkəti məni aldatdı,evimi əlimdən alırlar"-VİDEOÖmürlük əlilliyə məhkum Rəfael həm də evindən olmaq təhlükəsi ilə üz-üzə qalıb

Abşeron rayonu Gənclər şəhərciyində yaşayan 1-ci qrup əlil Rəfael Hüseynovu evindən çıxarırlar.Belə ki, bütün qurumlara müraciət edib,lakin bir xeyir tapa bilməyən əlil vətəndaş sonuncu çıxış yolu olaraq Btv.az-a üz tutub.Şikayətçi deyir ki,2007-ci ildə Akkord şirkətlər qupundan 15 illik kredit götürüb və sığorta şirkəti ilə də 2020-ci ilə qədər müqavilə bağlayıb.Həmin ildə Rəfael çalışdığı üçün evin kreditini vaxtı-vaxtında verirmiş lakin 2010-cu ildə evində su borusu partlayıb,bütün otaqlara dolduğu üçün Rəfael soyuq sudan iflic olub.Məhz olanlar da elə bundan sonra başlayıb.Sığorta şirkəti vəziyyətin belə olduğunu görüb,məsuliyyəti üzərindən atıb...Nəticədə isə ömürlük əlilliyə məhkum Rəfael həm də evindən olmaq təhlükəsi ilə üz-üzə qalıb.

Şikayətçi deyir ki,Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova şikayətinin məğzini çatdırdığı zaman o müavininə tapşırıb ki,əlilin problemi həll olunsun lakin görünür müavini Səlim Müslümovun tapşırığına məhəl qoymayıb,əks halda vəziyyət olduğu kimi qalmazdı. Rəfael Hüseynovun xanımı Gülbahar Hüseynova da düşdüyü çarəsiz vəziyyəti göz yaşlarıyla ifadə etdi.

Gülbahar xanım aidiyyatı qurumlara üzünü tutaraq onlara yardım edilməsini xahiş etdi. Qeyd edək ki, əlillər üçün beynəlxalq və milli qanunvericiliyimizdə nəzərdə tutulmuş imtiyazlar var. Birləşmiş Millətlər Təşkilatınının (BMT) “Əlilliyi olan insanların hüquqları barədə Konvensiya”sı da əlillərin hüquqlarını müdafiə və təşviq etməyə, onların əmək hüquqlarını müdafiə etməyə, səhiyyə, təhsil və ictimai həyatda tam iştirak, ədalət məhkəməsinə çıxışa, şəxsi toxunulmazlığa, hərəkət azadlığına, şəxsi mobilliyə və s. xidmət edir.Məhz buna görə də yataq xəstəsi olan bu əlilə yardım edilməsi gərəkdir.Ümidvarıq ki,aidiyyatı qurumlar tez bir zaman gözüyaşlı ailəni sevindirmiş olarlar.
Bolgexeber.com