Bakıda bir gecədə üç məcburi köçkün intihar edib
24-05-2012, 11:35
Oxunub: 5 008
Bakının Binəqədi rayonunda bir gecədə üç nəfər intihar edib.
Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib. Hadisələrin üçü də ötən gecə qeydə alınıb. Rayonun Fatmayı bağlarında yaşayan, Ağdam rayonunda məcburi köçkün, 29 yaşlı Natiq Qəmbərov yaşadığı binada özünü asıb.
Digər hadisə isə Binəqədi rayonunun 3-cü mədən adlanan ərazisində baş verib. Cəbrayıl rayonundan olan məcburi köçkün, 25 yaşlı Ceyhun Adıgözəlov yaşadığı ünvanda özünü asaraq intihar edib.
Daha bir hadisə Binəqədi rayonu, Yanar dağ yaşayış massivində qeydə alınıb. Həmin ünvanda məskunlaşmış, Füzuli rayonundan olan məcburi köçkün, 55 yaşlı Bayraməli Sadıqov yaşadığı evdə intihar edib.
Hər üç faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər