İcra başçısından büdcə talanı
6-06-2012, 11:50
Oxunub: 5 908
Ağsunun rəhbəri Ənvər Seyidəliyev özünün sexində hazırladığı daşları dövlətə satır
Əksər rayonlarda icra başçıları büdcədən ayrılan pulları mənimsəməklə məşğuldurlar. Bunun üçün park tikmək, yolların kənarlarını daşla hörmək və digər işlərdən istifadə olunur. Analoji vəziyyət Ağsu rayonuda da baş verir. Amma Ağsuda icra başçısı bunu çox ustalıqla həyata keçirir.
Bolgexeber.com-a daxil olan məlumata görə, Ağsunun icra başçısı Ənvər Seyidəliyev rayondakı keçmiş RTS-in həyətində özünə daş karxanası yaradıb. Mənbə bildirir ki, həmin karxana ilboyu icra başçısının əsas gəlir mənbələrindən biridir. Belə ki, vaxtıyla RTS-in müdiri olmuq Seyidəliyev elə həmin yeri özəlləşdirdikdən sonra, yaratdığı daş sexi ilə də qazanac əldə etməyə başlayıb.
Məlumatda deyilir ki, hal hazırda rayonda yolların qıraqlarına səki çəkmək üçün daşlardan istifadə edən fəhlələrə bu malı məhz Ənvər Seyidəliyevin sexindən gətirirlər. Belə ki, həmin «bardyor»ları dövlətə ustalıqla satan icra başçısı bundan böyük miqdarda pul qazanıb. Daha doğrusu, Ağsunun icra başçısı büdcənin pulunu götürüb, rahatlıqla cibinə qoyur.
Bundan başqa, Ənvər Seyidəliyevin rayonda bir sıra problemlər yaratdığına dair də məlumatlar var. Hal hazırda icra başçısının Ağsunun Tarix və Diyarşünaslıq Muzeyinin rəhbəri ilə münasibətlərinin korlanması və bu yaxınlarda inrafkt keçirən təhsil şöbəsinin müdiri ilə aralarında yaranmış problemləri araşdırmaqla məşğuluq. Yaxın günlərdə bu barədə geniş məlumat verəcəyik.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər