BolgeXeber.Com » Gündəm » Ucarda “Mədəni korrupsiya”dan şok faktlar-VİDEO

Ucarda “Mədəni korrupsiya”dan şok faktlar-VİDEO

29-03-2016, 17:24
Oxunub: 6 753 Ucarda “Mədəni korrupsiya”dan şok faktlar-VİDEOBir qrup Ucar rayon sakini Btv.az-a rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Alı Babayevdən şikayətləniblər

Şikayətdə deyilir ki, Ucar rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Alı Babayev dövlət əmlakını talamaqla yanaşı yarıtmaz fəaliyyəti nəticəsində Ucar rayonunda mədəniyyət işləri tamamilə iflic vəziyyətə düşmüşdür. Belə ki,Klubların, kitabxanaların, mədəniyyət evlərinin təmiri üçün dövlət tərəfindən ayrılan pullar təyinatıı üzrə xərclənmədən Alı Babayev tərəfindən talan edilir. "Alı Babayev başqasının adına MMC yaradıb saxta tender oyunu keçirib qalib olub alınan ləvazimatlara şişirdilmiş qiymətlər tərtib etməklə milyonlarla manat pul mənimsəyib ki, bütün bu talançılıqlar obyektiv araşdırılarsa təsdiqin tapacaq.
Tam yararsız olan kulublara, mədəniyyət evlərinə real qiyməti 18 manata olan ancaq 50 manata sənədləşdirilən oturaq stollarının alınması nəyə gərəkdir? Ancaq Alı Babayev kimi talançının cibini doldurmağa ! Hansı ki, həmin oturacaq stolunun hazırda bazarda satış qiyməti 18 manatdır.
Ucar rayon Mədəniyyət və Turizm Şöbəsinin əsas binasında Yavər Mehdiyev adlı şəxs gözətçilik etsə də,saxtakarlıq yolu ilə "Riyad" Mühafizə Xidməti ilə şişirdilmiş qiymətələ müqavilə bağlayıb il ərzində buna görədə dövlətin küllü miqdarda vəsaitini mənimsəyirlər.Sual olunur ki, bir binaya bir nəfər gözətçilik edirsə "Riyad" Mühafizə Xidməti ilə əlavə müqavilə bağlamaq nəyə lazımdır ?",- deyə şikayətçilər bildirir.

Sonda rayon sakinləri Mədəniyyət və Turizm nazirinə müraciət edərək bildiriblər ki, Dövlət vəsaitini qorumaq və Ucar camaatının mədəniyyətini özünə qaytarmaq üçün Alı Babayev kimi talançı tutduğu vəzifədən kənarlaşdırılmalı və barəsində qanunu tədbirlər görülsün.
Bolgexeber.com