Tofiq İbrahimov Ağdaşda zavodları niyə bağlayır?
31-03-2016, 15:09
Oxunub: 5 065
"Rayonda işsizlik olduğu üçün hamı işləyib,bir tikə çörək qazanmaq üçün Bakıya üz tutur.”
Ağdaş rayonundan bir qrup sakin Bolgexeber.com-a Ağdaş rayon İcra Hakimiyyətindən şikayət ünvanlayıblar. Şikayət məktubunda bildirirlər ki,Ağdaşda işsizlik hökm sürür,rayonda olan zavodların çoxu isə Ağdaş İcra Hakimiyyəti tərəfindən zəbt edilib.Ona görə də hazırda rayon sakinlərinin çoxusu işsizlikdən əziyyət çəkir.
Şikayət məktubunu sizə olduğu kimi təqdim edirik:
“Şikayətim Ağdaş rayonundandır . Ağdaşın İcra Hakimiyyətinin özbaşınalığından Ləki qəsəbəsində millət acından ölür.Hamının kredit borcu var,qəsəbədə bir çox zavod bağlanıb, heç bir iş yeri yoxdur .Prezident keçən il yem zavodunun açılışını elədi.Həmin zavod qəsəbədə indi ağzı bağlı qalıb,yiyəsi yoxdur. Sizi ümid yeri bilib,yazdım,tezliklə şəkilləri də çəkib sizə atacam.Bir çox zavodlar var idi ki,onları dağıdıblar.
Bu qəsəbə SSRİ vaxtında ən çox zavodu olan qəsəbələrdən biri idi. Ancaq indi qəsəbədə zavodların sayı günü-gündən azalır. Neft Bazası zavodu çoxlarına çörək pulu qazandırırdı,onu da 2011-ci ildə bağladılar.
Qəsəbədə dördyol deyilən ərazi var,oradan dövlətin ən böyük yolu olan ipək yolu salınası idi.Ancaq İcra Hakimiyyəti ora ayrılan pulu yedi.Şəhər tipli qəsəbədə yaşayırıq,Turyançayın qolu var qapqara su gəlir,Ağdaşdan keçir.O çaya Ağdaşın kanalizasiyasını axıdırlar və o suyu da biz içirik. Ağdaşın İcra başçısının müavini Əsgərxan Ləkidəndir amma qəsəbə sakinlərini verdiyi suyu heç heyvanın da qabağına qoymaz. Rayonda işsizlik olduğu üçün hamı işləyib,bir tikə çörək qazanmaqdan ötrü Bakıya üz tutur.”
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq!
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər