Prokurorluq və DİN birgə açıqlama yayıb
31-05-2012, 21:15
Oxunub: 6 269
Faktla bağlı saxlanılanlar var
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, 2012-ci il mayın 30-da saat 02:30 radələrində Səbail rayonu ərazisində yerləşən və ictimaiyyət arasında «Qırx pilləkən» adlandırılan yerdə Bakı şəhər sakini Natiq Həsənovun üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. “İsti izlər”lə müəyyən edilib ki, mərhum Natiq Həsənov həmin gün tanışı, Rusiya Federasiyasının vətəndaşı, tüfeyli həyat tərzi keçirən, əvvəllər məhkum edilmiş Oleq Borisovets, Bakı şəhər sakinləri Rəşadət Həsənov, Fərid Xasməmmədov və Bahadur adlı şəxs ilə birlikdə spirtli içki qəbul ediblər. Daha sonra Oleq Borisovets Rəşadət Nəsənovla əlbir olaraq mübahisə zəminində Natiq Həsənova çoxsaylı zərbələr endirərək onu qəsdən öldürüblər. Aparılan təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Oleq Borisovets və Rəşadət Həsənov yaxalanıblar. Onlar ilkin ifadələrində törətdikləri cinayət əməlini etiraf ediblər.
Hazırda cinayətin digər iştirakçılarının da tutulması istiqamətində tədbirlər davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər