Nazir oğlu BDU-nun professorunu döydü
4-06-2012, 19:35
Oxunub: 6 081
Yavər Camalovun oğlu nişanlısını dərsdən çıxaran müəllimə amansızlıq edib
Bakı Dövlət Universitetinin profesoru xüsusi amansızlıqla döyülüb. “OLAYLAR”ın məlumatına görə, hadisə universitetin beynəlxalq hüquq fakultəsində baş verib. Mənbənin məlumatına görə, universitet müəllimi nazir oğlu tərəfindən xüsusi amansızlıqla döyülüb.
Xəbərə görə, nazir oğlunun Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakultəsində 3-cü kurs tələbəsi olan nişanlısı dərsdə saqqız çeynəyib və müəllim bunu görüb. Müəllimin etirazına qızın saqqız çeynəyə-çeynəyə cavab verməsi qalmaqalla nəticələnib.
Əsəblərini cilovlaya bilməyən müəllim tələbəni dərsdən qovub. Əvvəlcə auditoriyadan çıxmaq istəməyən tələbə qız müəllimlə dalaşıb və onu söyüb dərsdən çıxıb. Elə hadisə də bundan sonra baş verib.
Məlumata görə, qız məsələ ilə bağlı nişanlısına - müdafiə sənayesi naziri Yavər Camalovun oğluna məlumat verib və onu universitetə çağırıb. Bir neçə qoluzorlu ilə birlikdə universitetə gələn nazir oğlu nişanlısının dərsdən qovulmasını özünə təhqir bilib universitetə daxil olub. Nazir oğlu yanındakı idmançı görkəmli dostları ilə birlikdə auditoriyaya soxulub müəllimə hücum ediblər. Məlumata görə, o dəstəsilə birlikdə müəllimi tələbələrin gözü qarşısında döyməyə başlayıb. Nazir oğlu və onun dostlarının özbaşınalığına dözməyən tələbə oğlanlar müəllimi onların əlindən almağa çalışsalar da, mümkün olmayıb. Müəllimin xüsusi amansızlıqla döyüldüyünü görən tələbələr məcburiyyət qarşısında hadisə yerinə polis çağırmalı olub.
Mənbənin dediyinə görə, Yavər Camalovun oğlu müəllimi döyəndən sonra onu döşəmədə ataraq, universiteti tərk edib. Professora xəbərdarlıq edilib ki, şikayət ediləcəyi təqdirdə onun və ailəsinin həyatı təhlükə altında olacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər