2 YAŞLI BOLGEXEBER.COM
7-06-2012, 10:10
Oxunub: 6 638
Vasif Turan: «Saytımızın ayaq üstə durmasında oxucularımıza dərindən təşəkkür edirik»
Azərbaycanda fəaliyyət göstərən tanınmış saytlardan biri olan Bolgexeber.com Xəbər Portalının bu gün iki yaşı tamam olur. Bu illər ərzində oxuculara obeyktiv və qərəzsiz informasiyaların çatdırılmasında bir çox işlər görməyi bacaran Xəbər Portalımız məhz bu səbəbdən saytlar arasında özünəməxsus yerini tuta bilib.
Portalımızın rəhbəri Vasif Turan deyir ki, bu iki il ərzində çox əziyyətlər çəkiblər. O qeyd edir ki, Bolgexeber.com-un araya-ərsəyə gəlməsi ilə yanaşı, onu yaşatmaq da çətin olub. «Bu gün informasiya sahəsində xeyli sayda portallar fəaliyyət göstərir. Onlarla rəqabət aparmaq, operativ məlumatların oxuculara çatdırılması və xüsusi ilə dəqiq məlumatın verilməsi ciddiyyət tələb edir. Bu rəqabətli mühitdə ilk informasiyanın sənin tərəfindən verilməsi də mühüm addımdır. Ona görə də, bu iki il ərzində maksimum çalışmışıq ki, hər şey istədiyimiz şəkildə olsun».
Vasif Turan daha sonra bildirdi ki, rəhbərlik etdiyi Xəbər Portalı bu iki il ərzində xeyli təhdidlər, hədələr də görüb. «İş olan yerdə təbii ki, narazı qalanlar da olacaq. Ələlxüsus, informasiya sahəsində çalışırsansa, deməli, hədələrə, təhdidlərə, hətta təhqirlərə dözməlisən. Azərbaycanda elə bir mühit formalaşıb ki, bəziləri hələ də öz nöqsanlarını görmək istəmirlər. Həmin nöqsanlardan da yazanda buna kəskin reaksiya verirlər. O səbəbdən bizə edilən təhdidlər və hədələr çox olub. Amma belə vəziyyətlər bizi işimizdən soyutmayıb, çəkindirməyik. Əksinə, doğru olduğumuzu bildiyimizdən fəaliyyətimizi daha da gücləndirmişik».
Bolgexeber.com-un rəhbəri onu da dedi ki, hazırkı məqamda əsas diqqəti Portalın imkanlarını genişləndirməyə yönəldiblər. «Bu illər ərzində video bölümünü formalaşdırdıq. Bu gün saytımızda demək olar ki, canlı reportajlar üstünlük təşkil edir. Amma məqsədimiz Bolgexeber.com-un onlayn telekanalını yaratmaqdır. Çünki müasir tələblərlə ayaqlaşmaq, yeniliklər etmək vacib şərtlərdən birildir».
Vasif bəy yekunda saytın ayaq üstə qalmasında oxuculara təşəkkürünü bildirib. «Oxucularımıza dərindən təşəkkür edirik. Onların sayəsində bu gün saytımız populyarlaşıb. Onlara söz veririk ki, davamlı olaraq operativ, dəqiq və qərəzsiz məlumatları diqqətlərinə təqdim edəcəyik».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər