Nazirlər Kabinetinin “əməkdaşı” həbs edildi
11-06-2012, 14:35
Oxunub: 5 422
O, vətəndaşların külli miqdarda pulunu mənimsəyib
Baş Prokurorluq Dövlət orqanının nüfuzuna xələl gətirməklə dələduzluq edən şəxsin cinayət başında yaxalanması ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Bolgexeber.com-a verdiyi məlumata görə, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyanın, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması dövlətimizin diqqət mərkəzində olmaqla bu sahədə prokurorluq orqanları tərəfindən ardıcıl və sistemli tədbirlər davam etdirilir. Özünü Nazirlər Kabinetinin əməkdaşı kimi təqdim edən Bərdə rayon sakini İmamverdiyev Ramin Baba oğlunun qanunsuz hərəkətləri barədə “161- Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən araşdırılıb. Müəyyən edilib ki, R.İmamverdiyev aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bərdə rayonu Türkmən kəndi ərazisində torpaq sahələrinin təyinatının dəyişdirilməsi adı ilə rayon sakinindən 10100 manat alıb. Həmçinin rayonun Gərənə kəndi ərazisində isə 20 min ABŞ dolları müqabilində torpaq sahəsinin satılmasını təşkil edəcəyini vəd edərək may ayında həmin puldan 10 min ABŞ dollarını alaraq mənimsəyib.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində iyunun 6-da Bakı şəhəri, Q.Qarayev prospekti 59 saylı ünvanda yerləşən “McDonalds” kafesinin yaxınlığında R.İmamverdiyev əvvəlcədən razılaşdıqları pulun qalan hissəsini, yəni 8 min manatı Bərdə rayon sakinindən alarkən cinayət başında yaxalanıb. Beləliklə, R.İmamverdiyev özünü vəzifəli şəxs kimi təqdim edərək ümumilikdə 25.905 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməklə vətəndaşın hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədib.
Fakta görə R.İmamverdiyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb. R.İmamverdiyev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla fiziki şəxsin pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər