ABŞ Konqresindən Bakıya dəstək
19-06-2012, 12:00
Oxunub: 5 948
Liana Ros-Lehtinen: «Azərbaycan zor və ekstremizmə qarşı mübarizədə Amerikanın həlledici tərəfdaşıdır»
Qərbin siyasi dairələri Azərbaycanla münasibətlərini dərinləşdirərək, müttəfiqlik həddinə çatdırmağı qərarlaşdırıb. Bolgexeber.com Qərb mətbuatın istinadən xəbər verir ki, ABŞ dövlət katibi Hillari Klintonun səfərindən sonra bu münasibətlərin daha da dərinləşəcəyi tam təsdiqini tapıb.
Amma ən maraqlı açıqlamanı isə ABŞ Konqresi Nümayəndələr Palatası Xarici Məsələlər üzrə komitəsinin sədri Liana Ros-Lehtinen verib. O bildirib ki, Azərbaycanın qərbində aparılan antiterror əməliyyatları ABŞ Konqresinin də diqqət mərkəzindədir. Ros-Lehtinen deyib ki, Azərbaycan zor və ekstremizmə qarşı mübarizədə Birləşmiş Ştatların həlledici tərəfdaşıdır. «Bildiyimiz kimi, aprel ayında təhlükəsizlik qüvvələri Azərbaycanın qərbində qanunsuz islamçı silahlı qrupun zərərsizlişdirilməsi üçün əməliyyat keçirib. Bu son olay göstərir ki, dünyada bütün azadlıqsevən xalqlar ekstremizmin hədəfindədir. Xalqlarımızı qorumaq istəyiriksə, həmişə sayıq olmalıyıq. Ona görə də mən ABŞ Müdafiə Nazirliyinin Azərbaycanın Təhlükəsizlik orqanları ilə yaxın əməkdaşlığından məmnunam».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər