BolgeXeber.Com » Gündəm » GDU prorektoru haqda Mikayıl Cabbarova şok şikayət

GDU prorektoru haqda Mikayıl Cabbarova şok şikayət

13-06-2016, 12:11
Oxunub: 3 106 GDU prorektoru haqda Mikayıl Cabbarova şok şikayətFəxrəddin Məmmədov Gəncə Dövlət Universitetinə gələn dövrə qədər bir neçə təhsil ocağından müəllimə yaraşmayan yarıtmaz və biabırçı hərəkətlərinə görə qovulmuşdur

Gəncə Dövlət Universitetinin bir qrup müəllim heyəti təhsil naziri Mikayıl Cabbarova müraciət göndərib. Müraciətin surəti həmçinin Prezident İlham Əliyevə ünvanlanıb.

Bolgexeber.com-a göndərilən həmin müraciətdə qeyd olunub ki, tədris işləri üzrə prorektoru Məmmədov Fəxrəddin Həsən oğlu GDU-ya gələnə kimi bir neçə təhsil ocağından müəllimə yaraşmayan yarıtmaz hərəkətlərinə görə qovulub.

"Hörmətli cənab Nazir,Sizin təhsil sahəsində apardığınız islahatlar danılmazdır. Buna misal olaraq orta məktəblərdə aparılan diaqnostik qiymətləndirməni, "Sabah" qruplarının yaradılmasını və s. qeyd etmək yerinə düşür.Cənab Nazir, biz Gəncə Dövlət Universiteti kollektivi olaraq Sizin fəaliyyətinizi və iş prinsipinizi bəyənir və tam dəstəkləyirik.
Amma bir məsələ ilə bağlı Sizə müraciət etmək qərarına gəldik.Bu məsələ, Gəncə Dövlət Universitetinin normal tədris prosesinə mane olan və hər yerdə Sizə qohum olmağını hamının gözünə soxan Gəncə Dövlət Universitetinin tədris işləri üzrə prorektoru Məmmədov Fəxrəddin Həsən oğlu ilə bağlıdır.
Cənab Nazir, məlumunuz edirik ki, Fəxrəddin Məmmədov Gəncə Dövlət Universitetinə gələn dövrə qədər bir neçə təhsil ocağından müəllimə yaraşmayan yarıtmaz və biabırçı hərəkətlərinə görə qovulmuşdur. Məsələn,Fəxrəddin Məmmədov Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki ADAU) İqtisadiyyat fakültəsinin İnformatika kafedrasında işləyən zaman özünü apara bilməməsi, daim işə sərxoş vəziyyətdə gəlməsi ucbatından kafedra əməkdaşları tərəfindən kafedraya buraxılmamışdır.Bundan sonra , o, məcburən AKTA-nın riyaziyyat kafedrasına keçmişdir.Burada onun "xəstəlikləri" yenidən baş qaldırmış, fəaliyyəti dəfələrlə kafedra iclaslarının müzakirə mövzusu olmuşdur.Nəticədə, həmin kafedranın əməkdaşlarının heç biri seçki prosesində ona səs verməmiş və o,müəllimə yaraşmayan qeyri-etik hərəkətləri nəticəsində AKTA-dan qovulmuşdur. Orada işləyən zaman, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasınin keçmiş rektoru ,akademik Məmmədtagı Cəfərov dəfələrlə Fəxrəddin Məmmədovu yanına çağırmış və müəllimə yaraşmayan hərəkətlərinə son qoymağı tələb etmişdir.Fəxrəddin Məmmədov Milli İstiqlal Partiyasının liderlərindən biri kimi dərs zamanı tələbələrə dərs keçmək əvəzinə,daim təbliğat aparmış və ulu öndər Heydər Əliyevə qarşı kəskin mövqeyi ilə həmişə diqqət mərkəzində olmuşdur.Bu məsələ ilə bağlı akademik Məmmədtağı Cəfərov dəfələrlə onunla söhbət etmiş və doğru yola dəvət etsə də,Fəxrəddin Məmmədov dövlətçiliyimizin əleyhinə olan təbliğatdan vaz keçməmişdir.Nəticədə o, ADAU-dan qovulmuşdur.
Hələ 90-cı illərdə ADAU-da işləyən Fəxrəddin müəllim, alimliyi yarıtmadığından siyasətlə məşğul olmağa başlamışdı, hər dəfə ikarusnan Bakıya gedib müxalifətin təşkil etdiyi mitinqlərdə iştirak edən cəbhəçilərdən Fəxrəddin müəllimə xəbər gəlir ki, bəs deməzsən sənsiz bir günümüz olmasın, hazırlaş, gedirik Bakıya, mitinqə. Bu dəfə ikarusa dolub Bakıya gedən cəbhəçilər görürlərki, Fəxrəddin müəllim avtobusun içini daşla doldurub, deyirlər "Ə, nəğayırsan, bu nədir?"
-Daş yığmışam ,deyir.
-Ə, daşı neynirsən, biz Bakıya mitinqə gedirik, ey -deyirlər.
-Bilirəm, elə ona görə yığıram dana, aparıram ki, Bakıda mitinqdə iqtidara atmağa əlimdə daş olsun, birdən Bakıda daş tapmadım, bəs onda iqtidara nə ataram?-deyir Fəxrəddin müəllim. İllər aylar keçdi, Bakıya avtobusla daş yığıb aparan Fəxrəddin müəllim necə oldusa ətəyindəki daşları töküb, birdən millətin gözü qarşısında oldu vəzifə sahibi,böyük bir universitetin prorektoru... Amma daş məsələsi yaddaşlardan silinmədi ki, silinmədi. Hələ üstəlik camaata düzgünlük, elm dərsi keçib, ağıl öyrətməyədə başladı, pah atonnan işə bax ey ! Kişidəki bəxtə, fərasətə bax, malades!malades...
Hal-hazırda da Fəxrəddin Məmmədov öz köhnə əqidəsindən əl çəkmir,tez-tez cənab Prezidentin fəaliyyətinin əleyhinə danışır və tədbirlərə qatılmır.Bir şeyi də qeyd edək ki,F.H.Məmmədov Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültəsinin İnformatika kafedrasında hələ müəllim işləyən zaman dəfələrlə dövlətə və dövlətçiliyimizə qarşı təbliğatla məşğul olduğu üçün tələbələr tərəfindən hücuma məruz qalmış və auditoriyadan çıxarılmışdır.Bu azmış kimi,Riyaziyyat fakültəsində dekan müavini işləyən zaman adını çəkmək istəmədiyimiz qadın müəlliməyə qarşı qeyri-etik hərəkətlər etdiyi üçün müəllimənin atası tərəfindən tələbələrin gözü qarşısında koridorda vəhşicəsinə döyülmüşdür. Əgər F.H.Məmmədov öz hərəkətlərinə son qoymasa, bütün Gəncə Dövlət Universiteti kollektivinə məlum olan ,onun müəllimə xas olmayan əxlaqsız hərəkətlərinə görə döyülməsinin təfərrüatlarını və videosunu mətbuata açıqlayacayıq.
Cənab Nazir ,Siz Azərbaycan dövlətinə,dövlətçiliyimizə xidmət edən ,Heydər Əliyev ideyalarına sadiq bir insansız .Amma,əqidəsi yerində olmayan F.H.Məmmədov Sizə qohum olmağını hamının gözünə soxaraq,universitetdə öz çirkin əməllərini yerinə yetirir.Hal-hazırda Fəxrəddin Məmmədov universitetdə öz əqidəsinə uyğun qeyri saglam fikirli adamlardan qrup yaratmış və Sizin adınızdan istifadə edərək kollektiv üzvlərinə hədə-qorxu gəlməklə məşğuldur. İstənilən vaxt Çingiz adlı ağsaqqal bir kişini Universitetin binasının yanına gətirərək "baxın, cənab nazir Mikayıl Cabbarovun atasıdır", "bilin ki,mən kimin qohumuyam, mən nə istəsəm edə bilərəm" deməkdən sanki, xüsusi bir həzz alır.Bu adamın psixoloji durumunda sanki, bir problem var.Universitetdə istədiyi hərəkətləri edir,bunu Sizin adınızla bağlayır və Sizin adınıza ləkə gətirir.Belə hərəkətlər GDU-nun tarixində indiyə qədər olmayan və tədris işləri üzrə prorektora yaraşmayan hərəkətlərdir.Belə bir adamın prorektor vəzifəsində olması agıla sıgan deyil.
Cənab Nazir,biz Sizin qətiyyətinizə inanırıq və əminik ki,Siz Fəxrəddin Məmmədov haqqında lazımi ölçü götürəcəksiz".
Hörmətlə, Gəncə Dövlət Universitetinin bir qrup professor-müəllim heyəti
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com