BolgeXeber.Com » Gündəm » Ramin Quluzadə məmurdan şikayət edən vətəndaşa verdiyi vədi niyə yerinə yetirmir?

Ramin Quluzadə məmurdan şikayət edən vətəndaşa verdiyi vədi niyə yerinə yetirmir?

21-06-2016, 10:47
Oxunub: 3 908 Ramin Quluzadə məmurdan şikayət edən vətəndaşa verdiyi vədi niyə yerinə yetirmir?Tağı Həsənov vətəndaşı təhqir edərək ona deyib ki, "kirli əllərini mənə vurma"

Bəlkə Tağı Həsənov toxunulmazdır ?

Bolgexeber.com-un elektron poçtuna Şamaxı sakini Mənəfov Müşfiq tərəfindən Şamaxı Poçt Filialının rəisi Tağı Həsənovun qanunsuz əməllərindən bəhs edən və Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadə ünvanlanmış şikayət məktubu daxil olmuşdur. Şikayət məktubunda şikayətçi Müşfiq Mənəfov bildirir ki, bir neçə gün öncə ,iyun ayının 10-da nazir Ramin Quluzadə Xaçmaz şəhərində səyyar qəbul keçirib və bir neçə rayonun sakinlərini qəbul edib. Qəbulda RYTN-nin saytında yer alan məlumata görə qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan problemlərin əksəriyyəti yerindəcə həllini tapmışdır.

Daha sonra Bolgexeber.com-a göndərdiyi açıq məktubunda şikayətçi vətəndaş bildirir:
“Çox şükürlər olsun allaha.Elə isə sual olunur ,bəs mənim müraciətim niyə obyektiv və ədalətlə araşdırılmır?
Cənab Nazir, 05 may 2016-cı ildə Şamaxıda qəbulunuzda olarkən, Şamaxı Poçt Filialının rəisi Tağı Həsənovun məni "kirli əllərini mənə vurma" ifadəsi ilə təhqir etməsi, (sübut olaraq Sizə məhkəmədən arayış təqdim etdim) mənim poçta daxil olmağıma qadağa qoyması, (sübut olaraq əmək müfəttişliyinin arayışını Sizə təqdim etdim) poçt rəisi kimi ona etibar olunan sənədin- yəni şəxsiyyət vəsiqəmin surətinin 3-cü şəxsə təqdim etməsi (sübut kimi T.Həsənovun öz imzası ilə sənədi təqdim etməsi barədə ərizənin surətini təqdim etdim) və bir çox digər qanunsuz hərəkətləri barədə məlumat verdim. Şikayətimdə onu da çatdırdım ki,T.Həsənov rayonun Məlikçobanlı kəndində dəyəri 10 min manatı keçməyən poçt binasının tikintisinə 60 min manata yaxın pul xərcləmiş, Poçt Filialı Rəisinə nəzərdə tutulmayan xidməti lyuks avtomobilinin alınmasına 20 min manat nağd pul ödəmiş, işlədiyi vaxt ərzində məhkəmə çəkişmələrinə poçtun10 min manata yaxın pul vəsaiti ödəmişdir. Əlbəttə ki, daha nələr, nələr. Siz qəbulda məni səmimiyyətlə dinlədiz, 4 vərəqdə olan ərizəmi və əlavə olunan arayışları şəxsən özünüz məndən götürdünüz, şikayətlərimin ciddi şəkildə araşdırılacağına, Şamaxı RPF-yə RYTN-nin Audit briqadasını göndərməyinizə və nəticə barədə mənə əlavə məlumat veriləcəyinə söz verdiniz. Həmin vaxtdan 41 gün keçir. Mənə isə ötən müddət ərzində Nazirlikdən 11.05.2016 tarixli, Azərpoçtdan 25.05.2016 tarixli məktublar göndərilmişdir. Hər iki məktubda mənim qeyd etdiyim faktların tam əsassız olduğu bildirilir və sairə.
Cənab Nazir, mən ərizədə göstərdiyim faktların hər birini təsdiq edən arayışları axı Sizə təqdim etmişdim.Təqdim etdiyim hər bir arayış dövlət idarələri tərəfindən möhürlə təsdiqlənmişdir.Avtomobil alınıbsa deməli o istismardadır,deməli mühasibatlıqdan pul ödənilmişdir,məxaric-kassa sənədləri yerindədir.Poçt tikintisinə aid olan lahiyə-smeta sənədləri,eləcə də maliyyə-kassa-bank sənədləri də yerindədir,məhkəmə çəkişmələrinə xərclənən pulların da sənədləri mühasibatlıqdadır. Bəs necə olur ki mənim yazdıqlarım əsassız olur? Cənab Nazir, Tağı Həsənovun qanunsuz əməlləri Əli Abbasov nazir olduğu vaxtlarda da beləcə ört-basdır olunurdu.Tağı Həsənovu o vaxt Vidadi Zeynalov, indi isə yəqin ki, aparat rəhbəriniz Əli Abdullayev himayə edir, bunu mən də yaxşı dərk edirəm. Qəbul zamanı bu çox açıq-aşkar hiss olunurdu.Bəlkə Tağı Həsənov da artıq ölkənin "TOXUNULMAZ ŞƏXSLƏR"-indən biridir.
Cənab Nazir, o da yaxşı yadımdadır ki,qəbulda mənə dediniz ki,nə ehtiyac vardı bu şikayətlərlə 2 dəfə (11 fevralda və 14 apreldə) Prezidentin köməkçisi Əli Həsənovun qəbulunda olmağa, bizə yazardın, özümüz araşdırardıq. Bu da araşdırmanızın nəticəsi .
Cənab Nazir,əyər bütün bunlar Sizdən xəbərsiz baş verirsə,təəsüf edirəm.
Cənab NAZİR, İstərdim ki, tək bir sualıma cavab tapam: tabeliyinizdə çalışan Tağı Həsənovun bir dövlət məmuru kimi sadə vətəndaşı təhqir etməsi, onun hüquqlarını pozması, əksər işçilərinin məvacibi 150 manat təşkil edən Poçt müəssisəsinin pulunu necə gəldi xərcləməsi dövlətimizin və cənab Prezidentimizin yürütdüyü siyasi və iqtisadi prinsiplərə nə dərəcədə uyğundur?"

Mənəfov Müşfiq
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Bolgexeber.com