Minimal balların aşağı salınmasının səbəbləri açıqlandı
20-07-2012, 14:15
Oxunub: 4 634
Azərbaycanda ali məktəblərə qəbul zamanı müsabiqədə iştirak üçün tələb olunan minimal balların aşağı salınmasının səbəbləri açıqlanıb.
APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, müsabiqədə iştirak üçün tələb olunan minimal ballarının aşağı salınmasında əsas məqsəd ali məktəblərdə plan yerlərini boş qoymamaq deyil, daha çox abituriyentin ali təhsil almasına imkan yaratmaq və onların qəbul üçün qeyri-rəsmi yollara əl atmasının qarşısını almaqdır. M. Abbaszadə bildirib ki, ali məktəblərin III ixtisas qrupu üzrə ixtisas seçimində iştirak üçün tələb olunan minimal ballar 250-dən aşağı salınmayacaq: “Müsabiqədə iştirak üçün tələb olunan 250 bal elə də aşağı deyil. Çünki bəzi illərdə hətta abituriyentlərə 200 balla da ali təhsil almağa imkan verilib. Müəyyən şirkətlər xarici ölkələrin ali məktəblərinə tələbə dəvət edirlər. Mən bilmirəm ki, bu şirkətlər nə dərəcədə düzgün iş aparırlar və uşaqlar onların vədlərinə aldanıb getdikləri ölkədə hansı səviyyədə təhsil ala biləcəklər. Biz hesab edirik ki, 250 balla humanitar sahə üzrə ali təhsil almaq mümkündür. Təbii ki, 250 balla tələbə yığan məktəblə 600 baldan yuxarı nəticə göstərən tələbəsi olan məktəbin təhsil mühiti müxtəlif olacaq”.
TQDK sədrinin sözlərinə görə, təhsil almaq hüququ Azərbaycan dövlətinin vətəndaşlarına verdiyi hüquqlardan biridir. Amma dövlət heç zaman təhsil almış insanlarına işlə təmin edəcəyi barədə zəmanət vermir: “Abituriyent özü ixtisasını seçərkən fikirləşməlidir ki, o, sonra iş tapa biləcək, ya yox. Dövlət zəmanət vermir ki, mən sənə iş verəcəyəm. Amma əhalinin nə qədər çox hissəsi ali təhsilli olarsa, dövlət bir o qədər güclü olar”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər