BolgeXeber.Com » Gündəm » Bakıda partlayış: ölən var

Bakıda partlayış: ölən var

26-07-2012, 12:15
Oxunub: 4 671 İyulun 25-də Bakı şəhərinin Yasamal rayonu ərazisində partlayış baş verib.

Bolgexeber.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan birmərtəbəli üçotaqlı evin hamamında partlayış baş verib. Nəticədə evdə yanğın olub. Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Və evin qalan hissəsi yanğından mühafizə olunub. Ev sakini - 1971-ci il təvəllüdlü İsgəndərova Səadət Mahir qızı isə aldığı xəsarətlərdən xəstəxanada ölüb.

İlkin ehtimala görə, partlayışa propan qaz balonunda yaranmış sızma səbəb olub.