Baş Prokurorluq yeni korrupsiya faktları ilə bağlı məlumat yayıb
1-08-2012, 01:50
Oxunub: 4 739
Bakıda özünü vəkil kimi təqdim edən şəxsin qanunsuz əməlləri ifşa olunub
Baş Prokurorluq yeni korrupsiya faktları ilə bağlı məlumat yayıb. Bolgexeber.com-un qurumun rəsmi saytına istinadla verdiyi məlumata görə, Bakı şəhər sakini Fətəliyeva Ülkər Hacıkişi qızının ona qarşı dələduzluq edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.
Müəyyən edilib ki, özünü vəkil kimi təqdim edən Bəşirov Emin Yusif oğlu Ülkər Fətəliyevanın keçmiş həyat yoldaşından mənzil və digər maddi ödənişləri məhkəmə yolu ilə alacağına köməklik göstərəcəyini vəd edərək ondan 1000 manat məbləğində pul almaqla dələduzluq edib.
Fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Daha bir korrupsiya faktı ilə bağlı Astara rayon sakini Baxşıyev Şadoğlan Əkbər oğlu müraciət edib. Onun dələduzluğa məruz qalması barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.
Müəyyən edilib ki, Novruzov Oqtay Vəli oğlu tanışı Fərhadova Nisbət Ramazan qızı ilə qabaqcadan əlbir olub Ş.Baxşıyevdən oğlu Manaf Baxşıyevin barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsində istintaq edilən cinayət işinin müsbət həll olunacağı və məhkəmədə cəzasının yüngülləşdiriləcəyi adı ilə 2011-ci ilin avqust ayının ortalarından külli miqdar təşkil edən 60 min 100 manat məbləğində pulunu ələ keçirərək dələduzluq edib.
Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda işlər üzrə istintaq davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər