Yasamal Rayon Məhkəməsinin sədri işçilərini cana doydurub
3-08-2012, 11:55
Oxunub: 7 402
İman Nağıyev 46 işçisinin işinə «əl uzatmaq»dan da çəkinmir
Məhkəmə sistemində əmək fəaliyyətinə Yasamal Rayon Xalq Məhkəməsində tərcüməçi kimi başlayan və 8 il bu vəzifədə çalışmış Bakı Apellyasiya Məhkəməsinin hazırkı sədri İman Nağıyev tabeliyində olan 46 hakimi tutduğu vəzifənin imkanlarından sui-istifadə etməklə, təzyiq altında saxlayır.
Məhkəmə hakimlərindən heç biri onun tapşırığını geri çevirmək cəsarətində deyillər. Sədr istənilən iş üzrə hansı tapşırığı verirsə, 46 hakimin hər biri də həmin tapşırıq üzrə qərar çıxarırlar.
Maraqlısı budur ki, qanunsuz qərarlarının Ali Məhkəmədə ləğv olunma ehtimalını nəzərə alan həmin hakimlər və şəxsən sədr İman Nağıyev yuxarı instansiya məhkəməsinə də «əl uzatmaq»dan da çəkinmirlər. Nəticədə Ali Məhkəmə də saxta və əsassız qərarları qüvvədə saxlamaqla, Avropa İnsan Haqları Məhkəməsinə göndərilən işlərin sayını çoxaltmış olurlar. Bu isə Azərbaycana zərbədir. Bu sözləri Bolgexeber.com-a tanınmış vəkillərdən biri deyib.
Onun sözlərinə görə, İman Nağıyev və hakimlər iş üzrə əvvəlcə sənədlər və fakt deyil, zərərçəkən və ya cavabdeh kimdir, onlar kimlərin qohumudurlar, hansı vəzifədə işləyirlər, maliyyə imkanları necədir və sair kimi halları əvvəl araşdırırlar: “Sonra isə İman Nağıyev hansı tərəfin xeyrinə qərar çıxarılması haqda hakimə tapşırığını verir. Düzdür, pulsuz qərar demək olar ki, yoxdur. Məsələn, iri dövlət şirkətlərinin məhkəmə çəkişmələrindən tutmuş, dövlət məmurlarına qədər olan işlərin hamısında birmənalı olaraq bir pillə üstün olan tərəfin xeyrinə pul alıb qərar çıxarılır. Məmurlardan rüşvət vəkilləri vasitəsiylə alınır».
Bu yaxınlarda Milli Məclisin komitə sədrlərinin birinin İman Nağıyev vasitəsiylə bir prosesi yönləndirdiyini deyən müsahibimizin sözlərinə görə, işi aparan hakimin özü açıq etiraf edib ki, sədrin tapşırığına qarşı çıxmaq gücündə deyil: «Bu və ya digər məqamlar Bakı Apellyasiya Məhkəməsinin hakimlərini də ciddi narazı salırlar. Onlar narazılıqlarını açıq ifadə etməkdən indiyədək qorxublar. Çünki dərhal həmin hakim haqda yuxarılara yanlış məlumatlarla zəngin elə dosye hazırlanır ki, o, bir aya işindən qovula bilər. Ancaq artıq vəziyyət dəyişmək üzrədir».
Həmsöhbətimiz deyir ki, Bakı Apellyasiya Məhkəməsi mülki, inzibati və iqtisadi, cinayət, hərbi kollegiyalarının rəhbərləri də sədr İman Nağıyevin hər hansı bir qanunsuz tapşırıqlarını rədd etmək gücündə deyillər: «Ona görə də 46 hakimin böyük hissəsi bu şəkildə işləyə bilmədiklərini tədricən dilə gətirməyə başlayıblar. Əgər proses bu şəkildə gedərsə, sədr İman Nağıyevin qanunsuz tapşırıqlarından bezən 20-dək hakimin yaxın aylarda prezident İlham Əliyevə rəsmi müraciət edəcəkləri də gözlənilir».
Qeyd edək ki, bu yaxınlarda MİA.AZ saytı da bununla bağlı məlumat yaymışdı və vəkillər hakimin hərəkətlərindən narazılıqlarını bildirmişdilər.
Çox Oxunanlar
- 21-12-2024, 17:57 : Salatlarla bağlı BÖYÜK TƏHLÜKƏ
Sosial / Xəbərlər
- 17-12-2024, 10:59 : Lamin Yamal karyerasındakı əsas hədəfini açıqlayıb
İdman
- 18-12-2024, 09:34 : FİFA ilin ən yaxşılarını açıqladı
İdman
- 18-12-2024, 13:52 : UEFA-dan Azərbaycan millisinə xəbərdarlıq
İdman / Xəbərlər
- 21-12-2024, 16:52 : Məşhur boksçu həyatınl itirdi
İdman / Xəbərlər
- 17-12-2024, 13:28 : Ronaldo federasiya prezidenti olmaq istəyir
İdman
- 19-12-2024, 09:36 : Sutkada 8 saat yatmayan insan 20 ilə belə olacaq
Sosial
- 20-12-2024, 09:52 : Azərbaycanda yayılan virus bu şəxslər üçün təhlükəlidir - XƏBƏRDRLIQ
Sosial
- 3-01-2025, 17:57 : Azər Baxşalıyeva böyrək köçürüləcək?
Şou-Biznes / Xəbərlər
- 23-12-2024, 14:59 : Canan Karatay: Səhər yeməyində çörək əvəzinə bu tərəvəzləri yeyin!
Sosial