Şəmkirdə əhalini vahimədə saxlayan şəxslər həbs olundu
3-08-2012, 16:35
Oxunub: 5 721
Daxili İşlər Nazirliyi müxtəlif şayiələrin yaranmasına səbəb olmuş şəxslər barədə açıqlama verdi
Daxili İşlər Nazirliyi Şəmkir rayonunda əhalini vahiməyə salan şəxslərin həbs olunduğu barədə məlumat yayıb. DİN bildirib ki, cari ilin iyun ayının 28-dən avqust ayının 1-dək olan müddət ərzində Şəmkir rayonunda müxtəlif vaxtlarda rayon ərazisində ayrı-ayrı şəxslərə məxsus evlərə daş ataraq sakinlər arasında müxtəlif şayiələrin yaranmasına səbəb olmuş rayon sakinləri Arzu Rzayev və Samir Mürşüdov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Bir müddət idi ki, Şəmkir rayonunda naməlum şəxslərin gecələr evlərə hücum etməsi barədə xəbərlər yayılmışdı. Xəbərlərdə bildirilirdi ki, bu hücumlar nəticəsində xəsarət alanlar da olub. Nəticədə bütün Qərb bölgəsindəki rayonlarda vahimə-təlaş yaranmışdı. Xüsusən də qadınların gecələr evdə tək qala bilmədikləri vurğulanır. Çünki naməlum şəxslərin daha çox qadınlara hücum etdiyi bildirlir. Vahimə yaradan şəxslərin isə vəhhabilər olduğu söylənilir...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər