Paytaxtda videonəzarət sistemləri yaradılacaq yerlər - SİYAHI
9-07-2010, 14:40
Oxunub: 10 274

Nazirlər Kabineti Azərbaycanda əhalinin sıx toplaşdığı yerlərdə və obyektlərdə videonəzarət sistemləri barədə qərar verdi
Nazirlər Kabineti əhalinin sıx toplaşdığı yerlərdə və obyektlərdə videonəzarət sistemlərinin yaradılması barədə qərar verib. “Bolgexeber”-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nazirlər Kabineti Daxili İşlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidməti ilə razılaşdırılmış təklifi nəzərə alaraq belə bir qərar verib.
Qərarda qeyd olunur ki, əhalinin təhlükəsizliyinin, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması, hüquq qaydasına riayət edilməsi vəziyyətinin fasiləsiz və canlı izlənilməsi, qanunazidd hərəkətlərə, fövqəladə hallara çevik reaksiya verilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin videonəzarət sistemləri aşağıdakı yerlərdə və obyektlərdə quraşdırılsın:
- parklarda, xiyabanlarda, meydanlarda, küçə və prospektlərdə, yeraltı keçidlərdə;
- stadionlarda və idman arenalarında;
- böyük ticarət və əyləncə mərkəzlərində;
- mehmanxanaların yaxınlığında;
- məscidlərin, kilsələrin, sinaqoqların, ziyarətgahların və digər kütləvi ibadət yerlərinin bilavasitə yaxınlığında;
- nəqliyyat infrastrukturlarında:
- yerli və respublika əhəmiyyətli yollarda və avtomagistrallarda;
- yol ötürücülərində və körpülərdə;
- avtomobil və dəmir yolu vağzallarında, hava və dəniz limanlarında;
- dəmir yolu və metro stansiyalarında, platformalarında;
- avtomobil, habelə sərnişin daşıyan nəqliyyat vasitələrinin park və dayanacaqlarında;
- sərnişin daşımalarında istifadə edilən nəqliyyat vasitələrində;
- Azərbaycan Respublikasının icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının inzibati binalarının ətrafında;
- həyat təminatlı mühüm və strateji əhəmiyyətli dövlət obyektlərinin yaxınlığında;
- mülkiyyət növündən asılı olmayaraq, bank və kredit təşkilatlarının ətrafında;
- Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin binalarının ətrafında;
- təhsil müəssisələrinin yaxınlığında;
- bütün taksofon aparatlarının bilavasitə yaxınlığında.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər