10 yaşlı qız özünü asdı
15-08-2012, 11:20
Oxunub: 5 374
Ukrayna Krım vilayətinin Feodosiya şəhərində 10 yaşlı qızın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Ukrayna informasiya agentlikləri xəbər verir ki, avqustun 13-də axşam Krım tatar xalqı məclisinin başçısı Mustafa Cəmilovun özünü asmış nəvəsinin meyiti tapılıb. Faciə Feodosiya yaxınlığındakı Şebetovka kəndində baş verib.
Qeyd edək ki, həlak olmuş Canike Amet qızı Əbdülcəlilova Mustafa Cəmilovun böyük qızı Elzaranın övladı idi. Valideynləri Canikeni anbarda asılmış vəziyyətdə tapıblar. Onlar dərhal xilasetmə xidmətlərinə hadisə barədə məlumat veriblər. “Təcili yardım” gələnədək onlar özləri uşağı xilas etməyə çalışdalar da, hadisə yerinə gələn həkimlər 10 yaşlı qızın öldüyünü bildiriblər.
Məclisin mətbuat katibi Liliya Müslümovanın sözlərinə görə, bu, bədbəxt hadisədir: “Uşaq valideynlərini qorxutmaq istəyib. Onlar dənizə gedib, suyun temperaturu aşağı olduğundan qızcığazı özləri ilə aparmayıblar. Anası ona evdə oturub kitab oxumasını tapşırıb. Görünür, qız valideynlərini qorxutmaq istəyib və bu, faciəyə səbəb olub”.
Hadisə yerinə dərhal əməliyyat qrupu göndərilib. İstintaq aparılır, hadisənin səbəbləri dəqiqləşdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər