Nəqliyyat naziri şəxsi pilotlarına 50 min manat maaş verir
23-08-2012, 11:40
Oxunub: 5 727
Zyia Məmmədov təyyarə üçün 2 il xahişdə bulunub
Ölkə mətbuatında nəqliyyat naziri Ziya Məmmədovun özünə şəxsi təyyarə almasına dair məlumat yayılıb. «Azadlıq» qəzetinin məlumatında deyilir ki, yeni alınmış təyyarə hazırda Binə aerportunda saxlanılır.
Etibarlı mənbəyə istinadən verilmiş məlumatda vurğulanır ki, hakimiyyətin yuxarı eşalonu bu haqqı indiyə qədər FHN başçısı Kəmaləddin Heydərova tanıyıb. Lakin sonradan nəqliyyat naziri üçün də «yaşıl işıq» yandırılıb. Məmmədovun aldığı təyyarənin «Gulf Stream” markalı olduğu deyilir. Bu təyyarənin qiymətinin isə modifikasiyasından asılı olaraq, 50-100 milyon dollar civarında olduğu bildirilir.
Bu əsnada JAM.AZ-a məsələ ilə bağlı maraqlı bir məlumat daxil olub. Həmin məlumatda sözügedən nazirin təyyarə aldığı təsdiqlənir. Bildirilir ki, bir neçə il imiş Ziya Məmmədov kirayəyə götürdüyü təyyarə ilə xaricə səfərlər edirmiş. Lakin sonradan bunun çox xərc apardığını görərək, hava gəmisini özünküləşdirmək qərarına gəlib. İki ilə hakimiyyətin qapısını döydükdən sonra bu işə icazə verilib.
Həmin məlumatda o da vurğulanır ki, Ziya Məmmədovun təyyarəsini idarə edən kapitanın maaşı heç də az deyil. Belə ki, nazir hər ay onun «hava gəmisi»ni idarə edən pilotlara 50 min dollar maaş kəsib. JAM.AZ-a çatan bilgilərə görə, bu, Kəmaləddin Heydərovun pilotlara verdiyi əmək haqqından xeyli çoxdur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər