Anasını öldürdü, çay içəndə tutuldu
23-08-2012, 22:40
Oxunub: 5 796

Milli.Az Milliyet-ə istinadən bildirir ki, o, anası, 75 yaşlı Emine Tunanı vəhşicəsinə döyərək öldürməkdə şübhəli bilinir.
Manisa şəhər ruhi xəstəxanasında müalicə alan Fatih Tuna bir müddət əvvəl evə buraxılmışdı. Evə qayıdandan sonra o, anasını döyərək öldürüb. Qonşuların çağırdıqları polis hadisə yerinə gələndə çölə çıxan Tuna heç nə olmadığını deyib.
Polis getsə də, qonşular sakitləşməyiblər və Fatihin qardaşı Osmana zəng vurublar.
Osman Tuna gələndən sonra evin zəngini bassalar da, qapını döysələr də, Fatih Tuna qapını açmayıb.
Çilingər çağırılıb, qapı sındırılıb ə içəri girənlər Emine Tunanın meyitini görüblər.
Polis isə Fatih Tunanı yaxınlıqdakı çayxanada çay içərkən tutub.
Fatih Tuna 2002-ci ildə Arslanlı məhəlləsindəki evinə od vurmuş, yanğını söndürməyə çalışanlar arasında olan Həsən Hüseyn Koçu arxadan vurub öldürmüş, bir nəfəri də yaralamışdı.
4 il əvvəl isə o, Nazillinin bələdiyyə sədri Esat Ergülərə "Niyə məni işə götürmürsən?" deyərək hücum etmiş, onu bıçaqlamışdı.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər