Toya gedən meyxanaçılar qəzaya düşdülər: ölənlər var
25-08-2012, 11:20
Oxunub: 5 202
Azərbaycanda baş verən yol qəzasında bir meyxanaçı ölüb, bir neçəsi yaralanıb
Bakı-Qazax yolunda ağır yol qəzası baş verib. Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Hadisə ötən gün axşam saatlarında Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı maşın idarəetməni itirərək yoldan çıxıb və aşıb.
Nəticədə maşında olanlardan bir nəfər Əfqan adlı şəxs aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Daha beş nəfər – Surxay Abbasov, Kərim Rəhimov, Xəqani Tağıyev, Famil Məmmədov və Fərdi Bayramzadə ağır vəziyyətdə Qazax Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Polisdən həmçinin bildirilib ki, qəzaya düşən şəxslər meyxanaçılar olublar, onlar Gürcüstana toya gedirmişlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər