Bakı sakinindın 735 min dollar qarət edən şəxs yaxalandı
27-08-2012, 13:55
Oxunub: 5 385
Azərbaycanda külli miqdarda pul oğurlayan şəxs həbs olunub.
Bolgexeber.com-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirlik əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 10-da Bakı şəhər sakini Bəhruz Namazovu Yasamal rayonu ərazisində, tapançaya oxşar əşya ilə hədələyərək, içərisində 735 450 dollar pul olan çantasını ondan almış Qəbələ rayon sakini Elçin Abdullayev müəyyən edilərək tutulub.
Araşdırmalar zamanı E.Abdullayevin Sankt-Peterburq şəhərinin Baş Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222-ci maddəsi ilə (qanunsuz olaraq odlu silah gəzdirmə) axtarışda olması müəyyən edilib. Cinayətin digər iştirakçılarının da müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər