Dövlət məmurlarından “BTV”-ə ağır zərbə gəldi!
1-12-2016, 10:57
Oxunub: 7 657
Artıq uzun illərdir ölkə mətbuatında dəqiq, qərəzsiz, operativ xəbərləri ilə izləyicilərin rəğbətini qazanan “BTV.az” onlayn tv-sı yüksək vəzifəli məmurların qəzəbinə tuş gəlib
Artıq uzun illərdir ölkə mətbuatında dəqiq, qərəzsiz, operativ xəbərləri ilə izləyicilərin rəğbətini qazanan “BTV.az” onlayn tv-sı yüksək vəzifəli məmurların qəzəbinə tuş gəlib.
Ötən aylarda saytımızda Cavid Qurbanov və Vüsal Novruzovla bağlı yayımladığımız xəbərlər onların ciddi narahatçılığına səbəb olmuşdu. Hətta məsələ o qədər ciddi vəziyyət almışdı ki, kanalımızın rəhbəri Vasif Turan aidiyyatı qurumlara müraciət etmişdi.
Yayımlanan tənqidi yazılardan sonra dəfələrlə saytın redaktoruna təhdid xarakterli zənglər gəlsə də, biz həmişəki kimi öz üzərimizə düşən vəzifəni icra etməyə davam edirdik.
Ancaq bizə qarşı aparılan təxribatlar 3 gün əvvəl “BTV.az”-ın bazasına edilən hücumla sona çatdı. Hücum nəticəsində 3 il ərzində yayımladığımız bütün materiallar saytımızdan və arxivdən silinib. Əvvəlcə bu hücumun sözügedən məmurların göstərişi ilə edildiyi barədə şübhələrimiz olsa da, zamanla buna əminliyimiz daha da artdı.
Təbii ki biz buna qarşı sakit durmayacağıq və məsul dövlət qurumlarına müraciət edəciyik. Çünki bu, yalnız bizə yox, bütün ölkə mətbuatına qarşı edilmiş bir təhdiddir!
Bu gün bizim başımıza gələnlərin, gələcəkdə həmkarlarımızın da başına gəlməyəcəyi nə məlum?!
Cavid Qurbanov və Vüsal Novruzovun narahatçılığına səbəb olan həmin yazıların linklərini sizə təqdim edirik:
Bolgexeber.com
https://bolgexeber.com/index.php?newsid=33256
https://bolgexeber.com/index.php?newsid=33552
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə