Ziya Məmmədovun oğlu toyuq ferması açdı
11-09-2012, 05:00
Oxunub: 5 447

[justify]Ziya Məmmədov Kəmaləddin Heydərovla Bəylər Əyyubovun bazarına girir
Ucarda “ZQAN Holdinq”ə məxsus Ucar Aqro MMC kəsim sexinin təməlqoyma mərasimi keçirilib. Sahəsi 5 ha, ümumi ərazisi isə digər istehsal sahələri də daxil olmaqla 87 ha təşkil edən kəsim sexində, ekoloji təmiz, ən müasir texnologiyanın tətbiqi ilə emal edilmiş, “Halal”lıq standartının tələblərinə cavab verən quş əti məhsulları istehsal olunacaq.
Kəsim sexi fəaliyyətə başladıqdan sonra saatda 6 000 baş quş emal edəcək. Inşa və tikintinin müddəti 18-20 ay nəzərdə tutulub(qazeta)
Məlumat üçün deyək ki, “Zqan Holdinq” nəqliyyat naziri Ziya Məmmədova məxsusdur. Şirkətin rəhbərliyi isə nazirin oğlu Anar Məmmədov həyata keçir.
Onu da qeyd edək ki, broyler bazarı fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun arasında bölünüb. Ölkəyə idxal olunan toyuq məhsulları “fövqəlnazir”in, daxili istehsal isə Bəylər Əyyubovun nəzarətindədir.
Görünür, indi Ziya Məmmədov da bu bazara şərik olmaq istəyir.[/justify]
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər